Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...


Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







09.10.08/Jan-Mari Qustav Leklezio/Mən həmişə Fransa üçün "özgə" olmuşam

Jan-Mari Qustav Leklezio: Mən həmişə Fransa üçün "özgə" olmuşam

 Tarix: 09.10.08// Həmsöhbət: T.Çandra // Tərc.: Səbinə Muradova

Jan-Mari Qustav Leklezio     Bu müsahibəni ədəbiyyat üzrə 2008-ci ilin Nobel mükafatçısı Jan-Mari Qustav Leklezio 2004-cü ildə verib.

- Tənqidçilər sizi birmənalı qəbul etmir. Sizi gah ekoloji problemləri ədəbiyyata gətirən, gah da mifik təəssüratlarda olan olan yazıçı kimi qələmə verirlər. Ümumiyyətlə,  janrınızı müəyyənləşdirmək onlar üçün müşkülə çevrilib. Bu haqda nə düşünürsünüz?

   - Adam öz yaradıcılığına qiymət berə bilməz ki... Bəlkə də belə olması daha yaxşıdır. Qoy, heç məni təsnifləşdirə bilməsinlər. Yox əgər sualınızda belə israrlısınızsa və məndən mütləq cavab almaq istəyirsinizsə onda belə deyim: əsərlərim özüməm, onlar mənə bənzəyir, onların janrı mənəm. Mənim üçün ideyanın ifadəsindən daha çox məsələnin həqiqiliyi önəmlidir. Gərək ilk növbədə yazdığına özün inanasan. Biz elə bir dövrdə yaşayırıq ki, burada ideyaların və gündəlik rastalşdığımız təsvirlərin, mənzərənin xaotik şəkildə dəyişdiyini sezməmək mümkün deyil. Ədəbiyyat həmin xaosu təkrarlayır. İndi kim inanar ki, hər hansı bir əsər cəmiyyəti bu və ya digər səmtə istiqamətləndirə bilər? Heç kim. Sartr inanırdı ki, onun romanları dünyanı dəyişəcək. Dəyişdi də. Kamyu, Steyenbek, bu adamlar öz yaradıcılıqları ilə bir neçə nəslə təsir etdilər. Müasir yazıçılar isə yalnız öz acizliyini ifadə etməklə məşğul olur. Məsələn, biri siyasətə gəlmək istəyir, biri varlanmaq, kimisi isə şöhrət qazanmaq. Yaxşı xatırlayıram, 18 yaşım olanda Sartrın, Kamyunun, Moryakın esselerini oxuyurdum. Onlar bizə yol göstərirdilər. Və ən gözəli də o idi ki, onların bu və ya digər qəzetdə nəşr olunan adi bir köşə yazısı da kütlələri istiqamətləndirirdi. İndi bir qəzet köşəsi nə edə bilər, şüurumuza yaxşı mənada necə təsir edər, qlobal problemləri necə əngəlləyər? Heç cür.
    Bir vaxtlar Artur Rembonu az qala düşmən elan etmişdilər. Tənqidçilər deyirdilər ki, bu adamın nə yazdığı bəlli deyil. Hanı indi o tənqidçilər? Amma Rembo dünya ədəbiyyatının ən görkəmli nümayəndəsi olaraq qaldı. Fransa ədəbi mühitində çox qəribə bir ab-hava var. Sanki bütün yazarlar "harasa" aid olmalıdır, hər şey bölünməlidir: filankəs postmodernistdir, filankəs romantik, bir digəri sürrealist... Bizim ədəbiyyat jurnallarına baxanda əhvalım pozulur. Cənubdan (Əlcəzairdən, Mavritaniyadan və s) olan yazıçıların əsərlərini "Ekzotik yazılar" başlığı altında bir yerə yığıb çap edirlər. Onlara şərt qoyulur ki, belə olmasa dərc olunmayacaqlar. Bəzən xəbər eşidirəm ki, Hayyimar nəşriyyatı filan cənublu yazarı dərc etməkdən imtina edib. Niyə? Demə əsərdə ekzotika kifayət qədər deyilmiş. Bunun məsələyə nə dəxli var axı? Siz nə vaxtdan başqa mədəniyyətləri bu qədər sevən olmusunuz? Bunların niyyətləri mənə yaxşı bəllidir.

   - Axı siz özünüz də ekzotika həvəskarısınız. Fransada sizi meksikalıların adət ənənələri, ədəbiyyatı üzrə mütəxəssis hesab edirlər. Meksika ilə bağlılığınız hardandır?

   - Məni əsgəri xidmət üçün Meksikaya yollamışdılar. İki il qulluq etdikdən sonra Panamaya yollandım. Orada 4 il (1970-1974) "Emberas" adlı hindu qəbiləsində yaşadım. Bu mənim üçün çox yaxşı bir həyat təcrübəsi oldu. Avropada bunları təsəvvürümə belə gətirməzdim. Bu qəbilə təbiətlə vəhdətdə yaşayır, onların nə dini, nə də qanunları var. İllər keçdi və mən bu təcrübəmi, gördüklərimi əsərlərimə köçürməyə başladım. Tənqidçilər yazdılar ki, axmağam, eyforiyadayam, "mərhəmətli vəhşiləri" təlqin edirəm. Amma həmin hindular bizim bəzi avropalılardan qat-qat qanacaqlı və mərfətli idilər. Hətta mənəviyyatca həmin tənqidçilərin özlərindən də xeyli yüksəkdə qərarlaşmışdılar.

   - Əsərlərinizi oxuyanlar bilir ki, qəhrəmanlarınız daim vətən həsrəti çəkir. Onlar kimliyindən asılı olmayaraq vətənlərinə qayıtmaq eşqi ilə alışıb yanır. Sizin üçün vətən nədir?

   - Vətən mənim əcdadlarımın torpağıdır. Mən həmin torpaqdan yoğrulmuşam. Əslində özümü vətənindən qovulmuş yazıçı hesab edirəm

   - Anlamadım

   - Bilirsiniz, əcdadlarım Mavritaniyadandılar. Daha doğrusu əsrlər boyu bu torpaqlarda yaşayıblar. Bir neçə əsr nəslimiz məhz mavritan folklorunun daşıyıcısı olub. Elə mən özüm də. Bu folklorla böyüyüb başa çatmışam. Şəxsiyyət kimi formalaşmağımda Hindistan, Afrika və Avropa mədəniyyətlərinin qarışığı daim hiss edirəm. Və onu da yaxşı bilirəm ki, Fransa üçün "özgəyəm".  Bütün bunlara baxmayaraq  Fransanı və fransız dilini çox sevirəm. Lakin hər şeyin bir sonu olduğu kimi, bunun da bir sonu olacaq və mən əcdadlarımın torpaqlarına qayıdacam.

   - Bir çoxları hesab edir ki, gec ya da tez siz Nobel mükafatına layiq görüləcəksiniz. Gəlin fərz edək ki, belə də olub və siz Nobel mükafatına layiq görülmüsünüz.  Təqdimat mərasimində nə haqda danışardınız?

   - Bu çox qeyri-müəyyən sualdır. Bu mükafatın mənə qismət olacağına inanmıram. Düşünürəm ki, cəmiyyətə demək istdəyim çox şey var. Bunu İsveç Akademiyasının fəxri kürsüsündən etməyə də bilərəm. Məsələn, uşaqları öldürən müharibələrdən danışardım. Mənim üçün bundan dəhşətli heç nə yoxdur. Hər gün Fələstində, Cənubi Amerikada, Afrikada onlarla uşaq güllələnir. Açıram qəzetləri, hansısa siyasətçi vədlər verir, digərini tənqid edir. Və yaxud bir şou adamının alt paltarlarını müzakirəyə çıxarırlar. Cənablar, siz redaksiyalarınızda isti qəhvə içə-içə ağzınızın suyunu köşələrə tökdüyünz zaman minlərlə günahsız uşaq öldürülür. Niyə bunu tənqid etmirsiniz? Siz axı ekzotikanı, başqalarının adət ənənəsini, mədəniyyətini, həyatını çox sevirsiniz... Elə isə yazın.

Həmsöhbət: Tirsankar Çandra

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107