Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Coan Roulinqə qəribə banderol

Coan Roulinq Banderol? Burda təəccüblü nə var ki?.. Hər gün Roulinqin ünvanına dünyanın yüzlərlə ölkəsindən belə göndərişlər gəlir. Amma yox, burda kiçicik fərq var. Banderolun üzərində onu göndərənin adı və ünvanı yazılmayıb. Təcrübəçi-tələbə Sallinin narahat olması vəziyyəti bir qədər də gərginləşdirirdi. Salli qorxa-qorxa, ehtiyatla banderolu açdı...Qızın çığırtısına bütün ofis diksindi. Birinci Coan Roulinqin şəxsi katibi Neyl Bler özünü yetirdi. Açıq banderola baxıb duruxdu. Sonra dönüb ucadan Sallinin qışqırığına yığışan adamların dağılışmasını tələb etdi. Neyl kabinetinə qayıdıb, qapını möhkəm bağladı. Telefonun dəstəyini qaldırıb tələsik nömrəni yığdı. Zəng etdiyi nömrədən yaşlı kişi səsi gəldi:
   - Neyl Müller sizi dinləyir. Üç dəqiqədən sonra əməliyyata gedirəm. Nə sözünüz var, tez deyin.
    - Narahat etdiyimə görə üzr istəyirəm, mister Mürrey. Amma burda elə bir hadisə baş verib ki, İstəmirəm sizi qorxudam. Bir saat əvvəl Coanın ünvanına banderol gəlib. Onun içinə kəsilmiş, qanlı dovşan əli qoyulub. Görünür, o qadın qayıdıb.

***

   Co telefonda ərinin səsini eşitdi:
   - Canım-ciyərim, de görüm necə yaşayırsan? Sənin o Potterin hələ sağdır? 
   Co ərinin ironiyasına gülümsədi. Artıq bir həftə idi ki, qadın oteldə qalırdı. Kitab üzərində iş sona yetmək üzrəydi. Nəhayət o, Harri ilə vidalaşmağa gerçəkdən ümid bəsləyirdi. Ax, Harri! Bu balaca qəhrəman necə də onun vaxtını alır, həftələrlə onu ailəsindən ayırırdı.
Coanın gözləri doldu. Aman Allah, ailəsi üçün necə də darıxmışdı. Roulinq Neyl Mürreyi özünə sadəcə ər deyil, taleyin hədiyyəsi hesab edirdi. O, uşaqlarını görmək istəyirdi. Onun Neyldən iki uşağı var. Devid dördün, Makenzi isə iki yaşın içindədir.
   Qəflətən Co ayılantək olub telefonda ərinin yadına saldı:
   - Şənbə günü. Yayılmış skelerozla mübarizə assosiasiyasının keçirdiyi xeyriyyə tədbirini unutmamısan ki? Mütləq getməliyik.
   - Çalışacağam gedə bilim, Coan.
   Bu zaman ərinin səsindəki ifadə onu narahat etdi. Özü də Neyl onu tam adı ilə çağırdı. Belə müraciəti Co uşaqlıqdan xoşlamırdı:
   - Nə olub? Danış görüm, nə baş verib? :
   - Xahiş edirəm, həyəcanlanma. Bilirsən, bizə bu gün yenə poçtla göndəriş gəlmişdi.
   - Necə? - Coanın ürəyi çırpındı, elə bil indi nəfəsi qırılacaqdı. - Axı onu Şotlandiyadan qovmuşdular. Axı o, neçə il idi rədd olub Amerikaya getmişdi. Neyl, əzizim, düzünü de, o nə göndərmişdi?
   - Dovşan əli. Bir də qəzetdən kəsdiyi hərflərdən düzəldilmiş söz: "yadına sal". Xahiş edirəm, həyəcanlanma. Polisə xəbər vermişəm. Deyirəm, bəlkə artıq vaxtdır, özümüzə cangüdən tutaq?
     Co artıq ərini eşitmirdi. O bir daha bu dəhşəti yaşaya bilməyəcək! Özünü Melissa Kumsuk Ço adlandıran bu qadının hesabına Conun saçları ağarmağa başlayırdı. Beş ildən bəridir ki, bu qadın Roulinqlər ailəsinin hər gününü qara eləyirdi.
   Beş il bundan əvvəl o, həmin qadından təşəkkür və Harri Potterə məhəbbət izhar edən məktubları alırdı. Sonra tədricən məhəbbət hədə-qorxuya çevrildi. Melissa ondan görüş tələb edirdi. Yazıçı nəzakətlə bu görüşün nə məqsəd daşıdığını xəbər alanda, Melissa cavab vermir, yenə onların mütləq görüşmələrində israr edirdi. Görüşə razı olmadığını görəndə qadın sözdən əmələ keçdi. Co ilk dəfə Melissa Kumsuk Çonu Edinburqun mağazalarınnın birində yeni çıxan kitabını pərəstişkarları üçün imzalayan vaxt gördü. İmzalama üzücü iş olduğundan, Coan artıq oxuculara baxmadan və verilən sualları cavablandırmadan bu işi görməyə alışmışdı. Amma gözləri, az qala, hədəqəsindən çıxacaq qadına məhəl qoymamaq mümkün deyildi. Özü də qadın Coana tanış gəldi...
   Sonra qadın daha bir təqdimetmə mərasimində yazıçının gözünə dəydi. Sonra daha bir mərasimdə və getdikcə bu sözsüz görüşlər adət halını alırdı. Bir gün ziyafətdən qayıdan Coan Melissanı onun qapısı ağzında durub-gözləyən gördü. Başqa bir gün birinci ərindən olan böyük qızının oxuduğu məktəbin yaxınlığında onunla rastlaşdı. Bu dəfə Coan əməlli qorxdu. Buna qədər tanımadığı qadınla bir kəlmə olsa kəsməmişdi. Qadın həmişə gözlərini zilləyib ona baxardı. Təşviş yaradan həm də onun gözlərinin həddən çox tanış gəlməsiydi.
    Sonra bir-birinin ardınca banderollar gəlməyə başladı. Elə bil dünən olmuşdu. Qəşəng, bəzəkli bir qutu idi. Gənclikdə belə qutulara qızlar ən çox əzizlədiyi şeyləri, məsələn, büllur piyalələr düzərdilər. Roulinq əlini qutuya salanda büllur piyalə əvəzinə... başsız dovşan bədəninə toxundu. O özündə deyildi, durmadan ağlayır, özünü ələ ala bilmirdi. Hətta Neyl saatlarla onu sakitləşdirməyə çalışsa da, buna güclə müyəssər olurdu.
    O vaxtdan göndərişləri Roulinq özü açmırdı. Bir həftədən sonra daha bir banderol gəldi. Bu dəfə qutudan dovşan başı çıxdı.
    Belə göndərişlərin sayı beşə çatırdı. Coan hələ də polisə müraciət etməyi lazım bilmirdi. Amma bir gün Neyl səhər işə gedərkən maşının üstündə yenə ölü dovşan gördü. Dovşanın üstündə qanla "yadına sal" sözləri yazılmışdı. Bu, son hədd oldu.
    Məhkəmədə Kumsuk Ço ittihamlara məhəl qoymur və heç bir iddia irəli sürmürdü. O hətta zəmanətlə azadlığa çıxmaqdan belə imtina edirdi. Onu qadın türməsinə saldılar. Bir neçə vaxtdan çonra Şotlandiyada qalması qeyri-qanuni olduğundan, onu Amerikaya göndərdilər. Beş il keçdi. Və günlərin bir günü yenə?
    "Coan yəqin ki göndərdiyim banderolu alıb. Heyf ki, onu açan zaman nə hala düşdüyünü görə bilmədim", - Melissa üzündə məmnun ifadə ilə xəyala dalmışdı. Burdan, ağacların arasında görünməz qalan kilsənin tinindən gəlib-gedənlər yaxşı görünürdü. Otuz il idi, Tatşilli tərk etmişdi. Amma indi də gizlindən baxan Melissa kilsəyə gələnlərin çoxunu elə xatırlayırdı ki, sanki onlardan otuz il yox, bu günlərdə ayrılmışdı. Budur, mister Piq, qoca istiotsatan ibadətə tələsir, hələ də sağdır. Hələ o vaxt, uşaqlıqda bağından alma oğurlayanda artıq saçları ağappaq idi. Dayan-dayan, bəs bu kimdir? Missis Morqan? Necə də qocalıb. Axı o, yaraşıqlı qadın idi. Allah köməyi olsun! Vaxtilə yalnız missis Morqan Coan Roulinqə yerini göstərərdi. Ona isə nəvaziş göstərərdi. Melissa cibindən çıxardığı qutudan siqaret götürüb yandırdı. Siqaretə dərindən qüllab vurub uzaq xatirələrə daldı.
Onlar bir küçədə yaşayırdılar. Tündrəngli kərpicdən tikilən eynitipli evlər Nikolas-layn adlanan küçəyə kədərli ahəng verirdi. Melissa Roulinqin onların küçəsinə köçdüyünü yaxşı xatırlayırdı. Ailədə iki bacı idilər - Coan və Dayan. Atasının adı Pit, anasının isə Enn idi. Ailə haqda söz-söhbətlər gəzməyə başladı. Nə deyəsən, doğrudan da bir az qəribə adamlar idilər. Anası bura köçən kimi, hələ avadanlığı evdə yerbəyer eləməmiş, yaxınlıqdakı kitabxanaya gedib yazıldı. Melissa böyük bacı, Co ilə bir yaşdaydı. Nəyə görəsə ilk gündən Melissanın bu qızdan xoşu gəlmədi. Bir ay keçəndən sonra o bu qıza nifrət edirdi, bir ay da keçəndən sonra elə bir hadisə baş verdi ki, onu xatırlamaq belə olmazdı. Melissa qıza düşmən kəsildi.
    Melissa sinifdə ən gözəl qızdı və hər bir tədbirin baş qəhrəmanı olardı. Kasıb ailədən olan Co isə əksinə, dolu, üzü çilli, gözünə neçə qəpiksə qiyməti olan eynək taxan, nəzərə çarpmayan bir qız idi. Mel ona müxtəlif adlar qoyur, o biri uşaqlar da bu adla qızı əsəbiləşdirməyə çalışır, amma deyəsən, bütün bunlar qızı heç narahat da etmirdi. O, Melissanın başçı olduğu qrupun uşaqları ilə dostluq etməyə cəhd də göstərmirdi. Amma bir qədər sonra uşaqlardan bəziləri tez-tez Coanın başına toplaşırdı. Qız onları özünün uydurduğu səfeh hadisələrlə maraqlandırır, Melissa isə bundan qeyzlənirdi. "Necə olur, uşaqlar indi mənim kimi şahzadəni qoyub, dördgözlü çilli dilənçinin başına yığışırlar?". Məktəbə qəbul testində Coan 10 mümkün baldan 0 bal yığa bildi. Onu müəllimdən sol tərəfdə yerləşən stolun arxasına əyləşdirdilər. Bu səfeh qız yalnız sonra, Melissaya minnətdar olaraq anladı ki, onun oturduğu yer kütbeyin uşaqlar üçün nəzərdə tutulub. Melissa özü həmişə müəllimdən solda əyləşərdi. Düzdür, müəyyən vaxtdan sonra Conu başqa yerdə əyləşdirdilər. Amma onların müəllimi missis Morqan dönüb ona nəzər yetirəndə, Co az qalırdı dəli olmaq vəziyyətinə düşsün.
    Kumsuk Çonun üzünə təbəssüm yayıldı. O, müəllimlə birgə dönüb Coana baxarkən qızın nə hala düşdüyünü xatırladı. Onun məşhur zənnlə baxmasına sinifdə heç kim davam gətirə bilməzdi, o ki olsun bu eybəcər qız. Eybəcər… Gör, bu eybəcər qız nə vaxtsa sinfin gözü olan Melin ömrünü necə puç etdi.
    10 yaşının tamamında valideynləri Melissanı Amerikaya apardılar. Buna qədər bütün olanları ona unutdurmağa çalışdılar. İllər ötdü, hərə öz həyatını yaşamağa başladı, Melissanın unutmaq istəyi öz-özünə həyata keçdi. Amma bir gün İngiltərədən ona "Harri Potter və fəlsəfə daşı" adlı bir kitab göndərildi. Kitabın üzərində müəllifin adını oxuyan zaman Melin üstünə sanki qaynar su tökdülər: C. Roulinq… Bax, bundan sonra o, Conun yazıçı karyerasını izləməyə başladı. Hər yeni romanda Mel onların uşaqlığından nələrisə görə bilirdi. Hətta kitablarda sinif yoldaşlarının, qonşuların da adından istifadə olunurdu. Onun özü haqqında Coan deyəsən unutmuşdu. Bununla belə, məhz onun üzündən Melissanın həyatı belə dəhşətli şəkildə dəyişdi. Bəs onda kitablarda onun haqqında niyə bir kəlmə də yazılmayıb? Nəhayət, bir gün Melissa dözmədi. Kassir işlədiyi supermarketdən çıxdı və təyyarəyə minib Şotlandiyaya uçdu. Allah şahiddir! Onun yalnız bir istəyi vardı - ədaləti bərpa etmək.
   Amma o ləçər əlindən gələni etdi ki, onu türməyə salsınlar, sonra da Şotlandiyadan həmişəlik olaraq kənarlaşdırsınlar. Beş ildən sonra söz çıxdı ki, o, növbəti kitabında Harrini öldürmək fikrindədir. Bu o deməkdir ki, tarixçə bitəcək və Melissa Coanın üzündən dağılmış həyatı ilə təkbətək qalacaq. Yox, buna yol vermək olmaz.
   Melissa başındakı pariki düzəltdi, sonra əynindəki gödəkcənin yaxalığını qaldırdı. Onu yəqin ki, burda heç kim tanımayacaqdı. Amma ehtiyatı da əldən vermək olmazdı. Ona qədər sayandan sonra əlinin qəti hərəkətiylə kilsənin qapısını açdı.
   Elə bil kimsə Conu itələyib yuxudan ayıltdı. Tər içindəydi, üstündəki yorğanı kənara atıb, çarpayıya əyləşdi və sakitləşməyə çalışdı. Hər şey məhv oldu! O, yatıb qaldı, fürsəti əldən verdi, nəsə çox vacib bir şeyi unutdu. Bu gün ayın neçəsidir? Aman Allah, uşaqlara nəsə olub! Mən indi hardayam, bura haradır?
   Yaz buludlarının arasından günəşin zəif şüaları xüsusi təmtəraqla bəzədilmiş otağı düşürdü. Co özünü xatırlamağa çalışdı: "İlahi! Bu qadın yenə qayıdıb. O məndən nə istəyir?".
   Co özünə təskinlik verməyə çalışdı: "Hər halda o xəstə qadından polisin də xəbəri var. Hər şey yaxşıdır. Mənim gözəl xasiyyətli ərim və üç uşağım var. Mən varlıyam. Mən məşhuram. Milyonlarla oxucu göydən ilahinin möcüzəsitək yeni kitabımı gözləyir. Kraliça iki dəfə məni qəbul edib. Yazıq anam, sağ qalsaydı fərəhindən uçardı. Kraliça Yelizaveta öz əli ilə mənə Britaniya ordeni verib. Mən Cessikanın Milad tamaşasına getmişdim. Çünki anam üçün uşaqlar dünyada hər şeydən vacib idi. Ana, anacan, bağışla məni, yalvarıram, əgər eşidirsənsə, bağışla".
   Axırıncı dəfə onlar miladdan altı gün əvvəl görüşmüşdülər. Conun ağlına pis heç nə gəlmirdi. O, gözünü yumub köhnə evlərini xatırladı. Onların qapısı açılıb-bağlananda cırıltı səsi aləmi götürürdü. Həmin bu cırıltılı qapını Milad bayramı münasibətilə zərli, rəngli ka ğızlarla bəzəyərdilər. Bir də onların kiçik, rahat, xoşətirli mətbəxləri hər an gözü önündəydi. Ortaya nənəsindən qalma qoz ağacından stol qoyulub. Divardan qab-qacaq asılıb. Mətbəxin pərdələri adamda oynaq, şən ovqat yaradır. Bayram onların da evinə gələrmiş. Anası on il idi xəstə yatırdı. Amma Co heç vaxt onun xəstə düşənə qədər gözəlliyini unutmurdu. Co anasını həmişə gözəl görürdü. Həkimlər dəhşətli diaqnoz qoymuşdular: yayılmış skleroz. Xəstəlik ona işgəncələr verirdi. Ağrı şiddətlənəndə dəli kimi olub laboratoriyanın kolbalarını sındırır, isterik halda ağlayıb-qışqırırdı. Ağrı çəkiləndə yenə yaxşı günlərdə olduğu kimi, bu doğma insan, əziz ana şirin, mehriban olur, onlarla maraqlı söhbətlər edirdi. Amma pis günlərin sayı qışda soyuq havalar kimi çoxalırdı. Artıq Enn qoltuqağacsız gəzə bilmirdi. Az vaxtdan sonra, bu da mümkün olmadı, onu kolyaskada gəzdirirdilər. Co katibə işləyirdi, bacısı Di məktəbdə oxuyurdu, ailənin, ananın əsas yükünü daşıyan ata isə günlərlə evdə olmurdu. Hətta bazar günləri belə, guya onu işə çağırırdılar. Coan atasından şübhələnirdi,amma bu barədə heç kimə heç nə demirdi. O, anası ilə son söhbətini xatırladı:
   - İşlərin necədir? Yazırsan? - Ana çarpayıda əyləşmişdi. Səhər işığında onun necə dəyişdiyi daha aydın görünür, bundan ürək ağrıyırdı.
   - Hər şey qaydasındadır, - Co cavab verdi. - Bilirsən, ana, ağlıma gözəl bir süjet gəlib. Onu bir az da düşünüb-tamamlayandan sonra sənə danışacağam.
   - Bəs Frenk? - Ana gizli ümidlə xəbər aldı. - O, qızını ərə vermək istəyir, Co isə həvəssiz buna müqavimət göstərirdi. Ona görə yox ki, Frenkdən xoşu gəlmirdi, sadəcə onlar tez-tez dalaşırdılar.
   - Frenk Milad bayramı valideynləri ilə tanış etmək üçün məni öz yanına çağırır.
   - Çox gözəl! Mütləq getməlisən, - anasının gözlərinə işıq gəldi. - Biz burda atanla bayramı ikilikdə keçirərik. Frenk çox yaxşı oğlandır. Bilsən, sənin ailə qurmağını necə istəyirəm. Ölüm kəsdirib başımın üstünü. Ərə getsən, dünyadan rahat köçərəm.
   - Nə danışırsan, ana! Sən yüz il yaşamalısan. Frenkin yanına bayramdan sonra da gedə bilərəm.
   Yox, getməliydi, çünki anası belə istəyirdi. Getdi… Və bunu heç vaxt özünə bağışlaya bilmirdi. Ana itkisini dünyada heç nə - nə uşaqlar, nə şöhrət, nə onun yayılmış sklerozla mübarizə assosiasiyasına köçürdüyü böyük məbləğdə pullar əvəz edə bilmirdi. Co hər an istəyirdi dönüb Harri Potter olsun. Onun da əlindən tutub sehrli güzgünün qarşısına gətirsinlər və desinlər: "Ürəyində ən çox nəyi arzu edirsənsə, onu bu güzgüdə görəcəksən". Co ehmallıca yaxınlaşıb güzgüyə baxacaq və orda doğma, mehriban, gözəl, gülümsər çöhrəli anasını görəcək. Ehh… Kaş onu bir də görəydi...
   Melissanın kefi saz idi. O, maşını sürətlə Bristola sürürdü. Tatşildə yuxarıdan xeyir-dua almışdı. Buna başqa nə ad qoymaq olardı? O, kilsəyə daxil olanda yerli pastor Roulinqdən söhbət edirdi. Əlbəttə, bu şəhərdə hamı indi dünya şöhrəti qazanmış həmyerlilərini xatırlayırdı. Amma pastor hər gün onu xatırlamırdı. Sadəcə, bunu təsadüf hesab etmək olardı. Çünki Melissa içəri girəndə ruhani ata bu sözləri dedi:
   - Gəlin uşaqlarımızı bu əcinnədən qoruyaq. Coan Roulinqin kitabları uşaqların kövrək qəlbi üçün ziyanlı ola bilər. Bu kitabları şeytan yazıb!
Pastordan fərqli olaraq Melissa kitabılara yox, onların müəllifinə nifrət edirdi. Buna baxmayaraq, pastorun sözləri onun ürəyinə yağ kimi yayıldı. Əgər Coan növbəti kitabında onun haqqında yazmasa, ondan əvəz çıxmaq lazım gələcək.
    Bristolda Kumsuk Ço ucuz otelə ge dib nömrə aldı. Nahar edəndən sonra, otaqdan telefona yaxınlaşdı. Plana əsasən, birinci Jorji Arantesə zəng vurmalıydı. Hazırda Parisdə qeyri-müəyyən işlərlə məşğul olan Jorji tez-tez jurnallara müsahibələr, keçmiş həyat yoldaşının istedadının guya ilk şahidi və Coya bu yolda ona ilk kömək olan adam məhz o, Jorji idi. Coana durmadan məktublar yazır və onu heç olmasa, qızlarının xatirinə barışığa çağırırdı. Amma bu məktubların heç bir effekti olmadı. Roulinq vaxtilə narkoloci dispanserdən çıxan, cibində bir qəpik pulu olmayan Jorji Arantesi bataqlıqdan dartıb-çıxarmışdı. Amma onunla birgə həyat baş tutmadı.
    Melissa Arentesin Portodakı evinin telefon nömrəsini yığdı:
   - Alo, - telefonda kobud və narazı kişi səsi eşidildi.
   - Salam, Jorji.
   - Yenə kimdir məni dəng edən?
   - Salam, əziz Jorji, - deyə Melissa şirin dilini işə saldı. - Bu sənin amerikalı rəfiqəndir. Yadına gəlir? Sənə böyük qazanc gətirən xeyirxah mələk.
   - A, - Jorji susdu. - İndi nə istəyirsən? Amma qulağında sırğa elə, mənim Coanla artıq heç bir əlaqəm yoxdur. İndi öz ailəm var, qayğılarım başımdan aşır. Bir də bilirsən nə var? Axı mən özüm də Coana qarşı yaxşı hərəkət etməmişəm. Amma Co mənə yaxşılıqdan savayı heç nə etməyib. Özü də biz bir-birimizi çox istəyirdik. Daha mənə zəng etmə, - Jorji telefonun dəstəyini yerinə atdı.
   Plan baş tutmadı. Melissa pərt idi. Yaxşı ki, onda Coanın atasının da nömrəsi vardı. İndi onunla məşğul olmaq lazımdır.
   Co üzüyünü lampa işığına tutdu. Üzüyün üzərində kənar rənglər oynamağa, əsasən, lacivər rəng bərq vurmağa başladı. "Mavi gözlüm mənim". Jorji xoş anlarda onu belə çağırardı. Bir dəfə etiraf etmişdi ki, onu ilk dəfə məhz gözlərinin qeyri-adi maviliyi cəlb etmişdi.
   Hündür, yaraşıqlı bir oğlan yaxınlaşıb onunla ingiliscə danışmağa başladı. Bir azdan məlum oldu ki, qadınların ürəyinə od salan bu maço (ispanca "kişi" deməkdir - red.) jurnalist fakültəsində oxuyur və mütaliəni çox sevir. Jorji ən çox sevdiyi kitabın "Qürur və xəbərdarlıq" olduğunu deyəndə, Conun ürəyini büsbütün əlinə aldı. Həmin gecəyə ehtiraslı öpüş nöqtə qoydu. Bir neçə gündən sonra onlar artıq aşiq-məşuq kimi yaşayırdılar.
   Bir gün Co hamilə olduğunu anladı. Jorjini isə səkkizaylıq hərbi xidmətə çağırmışdılar. O, məşuqəsini anasının yanında saxlayırdı. Uşaq qalmadı. Üçüncü ayda düşdü. Bu onların hər ikisi üçün böyük dərdə çevrildi. Amma bu dərd onları daha da yaxınlaşdırdı. Arantes ona evlənmək təklifi etdi. Conun Portuqaliyadan olan dostları ona bu ideyadan daşınmağı məsləhət görürdülər. Məktəb direktoru Conu kabinetinə çağırıb "ciddi söhbət" etdi:
   - Co, unutma ki, Jorjiyə heç bir vəchlə etibar etmək olmaz.
Eyni məsləhəti ona ən yaxın rəfiqəsi Mariya İness də verdi.
   Co yalnız indi başa düşürdü ki, Jorji ilə on üç ay və üstəgəl, birgünlük evliliyi onun həyatının ən böyük səhvi idi. Jorji içir, avaraçılıq edir və yeri oldu-olmadı, hirsini Coanın üstünə tökürdü. Bununla belə, Coan balaca Cessikanın atalı olmasını çox istəyirdi. Yalnız buna görə dözürdü. Amma bir gün səhər saat beşdə uşağın ağlaması onu yuxudan ayıltdı. Uşağın ağlarını dəyişmək lazım idi. Bu balaca evdə körpə Cessika yayda istidən tərləyib bədəni pörtür, qışda isə soyuqdan donub rəngi göyərirdi. Pampers çatmırdı. Daim ağları yuyub, evlər arasındakı zivədən asmaq lazım gəlirdi. Əvvəllər Portuqaliya küləyindən yellənən zivədən asılı ağlara baxmaqdan romantik həzz duyardı. İndi isə bu səhnəni görən gözü yoxdu.
   Cessika yemək istəyirdi. Co onu qucağına alıb mətbəxə keçdi, uşaq yeməyi saxlanan qaba baxdı. Orda birgünlük yemək qalmışdı. Yox, belə olmaz! O, mətbəxdən yataq otağına keçdi:
   - Jorji!
   Jorji uşağın səsini eşitməmək üçün başını bir az da balışın içinə soxub, yatmağında davam edirdi.
   - Jorji, qulaq as. Daha belə olmaz! Uşağa yemək qalmayıb. Sən mütləq özünə iş tapmalısan. Mən savadlı adama ərə getdiyimi güman etdim, daha sənin kimi tənbəlin birisinə yox. Sənin işin səhərdən-axşamadək yelləncək kreslonda oturub, televizora baxa-baxa pivə içməkdir.
   Jorji yatırdı, onun narahat olmaq fikri yox idi. Gənc qadın bir il bundan əvvəl bu yarıtmazın dalıyca dünyanın o başına getməyə hazır idi. Co Cessikanı qucağında yırğalaya-yırğalaya düşünürdü. Nə etməli, Jorjinin anasından pul alsın. Yox, belə alçalmağı istəmirdi. Bəlkə öz atasına müraciət etsin?! Amma atası heç onun toyuna gəlməmişdi. Mariya İness ona doğru demişdi ki, qara rəngdə gəlinlik paltarı geymə, düşər-düşməzi olar. Co isə qızılgüllərin məhz qara fonda gözəl göründüyünü əsas gətirərək, toyunda qara gəlinlik geyinmişdi.
   Co uşağı yerinə qoyub mətbəxə keçdi. Evdə qalan son üç yumurtanı tavada qızardıb stola qoydu, fincana qəhvə süzüb ərini yeməyə çağırdı. Özü isə bir küncə çəkilib yazmağa başladı. Evdəki ağır vəziyyətə baxmayaraq, Co Harri Potter adlı oğlan haqqında hekayətini yazmaqda davam edirdi. Yazdığı səhifələri hardansa tapdığı ayaqqabı qutusunun içinə qoyurdu. Artıq qutunun qapağı yazılı kağızlardan bağlanmırdı. Yatmaqdan gözləri şişən Jorji üzündə narazı ifadə keçib, onun üçün yemək qoyulmuş stolun arxasına özünü yıxdı:
   - Həə, yenə yazırsan? Belə boş-bekara işlə məşğul olmaqdansa, ərinə qulluq eləsən, daha yaxşı olar. Dur, soyuducudan bir banka pivə gətir.
   - Nə danışırsan? Səhər tezdən nə pivə? Sən hələ işə düzəlmək üçün test-söhbətə getməlisən. Yadından çıxıb ki, səni səkkizdə qəbul edəcəklər?
   - Nə olsun? -Co Jorjinin qalmaqal salmaq üçün, deyəsən, əlinə fürsət vermişdi. - Gedərəm-getmərəm öz işimdir. İçərəm-içmərəm, o da öz işimdir. Dur, dedim sənə, pivə ver!
   Co sakitcə durub, soyuducadan ona bir banka pivə verdi. O bilirdi ki, ərini belə vəziyyətdə narahat eləmək pis qurtara bilər.
   - Eşidirsən, nə deyirəm? - Jorji, deyəsən, sakitləşmək istəmirdi, - nə vaxt bu cızma-qaradan əl çəkəcəksən?
   Bu an Cessika ağlamağa başladı. Elə bax, bu an Conun da səbri  tükəndi. Bu anda Jorji ilə yaşadığı məşəqqətli aylar ildırım sürəti ilə gözü önündən keçdi. Bu, reallıq idi. Onun Jorji haqqında bütün romantik xəyalları bu reallığın zərrəsini belə ört-basdır edə bilməzdi. Bir də axı onun bu xarabada nə işi vardı? Sakitcə, amma bomba kimi partlamağa hazır gərginliklə pıçıldadı:
   - Jorji, bizimki daha qurtardı, daha səni istəmirəm.
   Arantes özündən çıxdı. Co onun qadını idi, vəssalam, başqa söhbət ola bilməzdi. Belə cəfəng fikirlər onun ağlına hardan gəlib? Conun sakit görkəmi onu daha da özündən çıxarırdı. Nəhayət, Jorji dözməyib arvadına tərəf tullanmağı ilə ona möhkəm şillə ilişdirməyi bir oldu. Co sıçrayıb o biri otağa, qızının dalınca getmək istəyəndə, Jorji qapıda onun qarşısını kəsdi. Cessikaya görə Co vuruşmağa hazır idi. O, vəhşi pişiyə dönüb ərinin üzünü cırmaqlayırdı. Onun qışqırığını bütün məhəllə eşidirdi:
   - Uşağı mənə ver!
   - Onu görməyəcəksən! Uşağı məndən heç vaxt ala bilməzsən! - Jorji dəmir əlləri ilə Coanı tutub, çöl qapısından bayıra itələdi və qapını onun üzünə çırpıb arxadan bağladı.
   Co Cessikanı yalnız rəfiqəsinin köməyi ilə bir daha dönmədiyi evdən çıxara bildi. Mariya İness iki nəfər polislə Cessikanı və Coya aid əşyaları evdən çıxardı. Bir neçə həftə Co Jorjinin tanımadığı dostlarının evində gizləndi. Britaniyaya uçarkən onun baqacı yalnız yazılı səhifələrlə dolu ayaqqabı qutusundan ibarət idi.
   Qatar on dəqiqədən sonra yola düşdü. Coanın atası Suonic şəhərində yaşayırdı. Melissa "Kinq-Kross" vağzalının platformasına göz gəzdirdi. Coan müsahibələrinin birində bu vağzalın dünyada onun üçün ən romantik məkan olduğunu bildirmişdi. Çünki onun valideynləri ilk dəfə olaraq məhz burda tanış olmuşdular. Melissa burda romantik heç nə görmürdü. Adamlar, həmi şəkitək ora-bura tələsir. Bəlkə Melissa da nə vaxtsa romantik hisslər keçirib. Amma xatırlanmasını özünə qadağan etdiyi o hadisədən sonra, hər cür emosionallıqdan məhrum olmuşdu və bunun günahkarı Roulinq idi. Buna görə də o, intiqam almaq istəyirdi.
Vaqonda boş yerlər çox idi. Onunla yolyoldaşı olan missis Braun adlı bir xoşsima qadın elə hey nədənsə danışırdı. Hətta Melissa bir an ondan səsini kəsməyi xahiş etmək istədi. Amma bu vaxt nədənsə Roulinqin adı çəkildi. Melissa ehtiyatlandı. Bir neçə dəqiqədən sonra isə bəxti gətirdiyinə sevindi. Sən demə, doğrudan da ilahi qüvvə onun tərəfindəydi. Missis Braun onu bu sözləri ilə sevindirmişdi:
   - Xanım, siz bilirsinizmi, qarşınızda kim oturub? Coan Roulinqin doğma xalası. Mənim soyadım sizi çaşdırmasın. Bu, ikinci ərimin familiyasıdır. Gəlin sizə bir sirr açım. Coan qazandığı milyonlara görə bilirsiniz kimə borcludur? Oğlum Ben Roulinqə. Onun yaratdığı Harri mənim oğlumdan köçürülüb. İnanmırsınızsa, oğlumun uşaqlıq fotolarına baxa bilərsiniz.
   Qadın çantasından dörd uşaq əks etdirən köhnə fotonu çıxartdı. Melissa diqqətlə balaca Benə baxdı. Doğrudan da oxşayırdı. Ehh, onun oğlunun şirkəti bu yaxınlarda tam müflisləşdi, Coan isə o yazığın hesabına milyonlar qazanmaqda davam edir. Ben dayısı qızına məktublar yazır, Coan isə cavab vermir. Qadın danışdıqca Melissanın Coana qarşı nifrəti daha da artırdı.
   "Həə, qəzetlər mister Roulinqdən yazandan bəri onun işləri, deyəsən, yaxşı getməyə başlayıb". Melissa Coanın atasının malikanəsinə, geniş həyətyanı sahəsinə baxa-baxa düşündü. Evin ətrafında gəzə-gəzə anladı ki, ziyafət gecəsinə gəlib. Ev də, həyət də bəzədilmişdi. Hərdən dadlı yeməklərin qoxusu gəlirdi. Bu zaman onun qarnı quruldamağa başladı. Dünəndən ağzına bir tikə yemək qoymamışdı. O tələsirdi. Çünki Coan sonuncu kitabı hər gün bitirə bilərdi. Qonaqlar çox idi. Onlardan geyim-kecimli qadını saxlayıb, mister Roulinqi ona göstərməyi xahiş etdi. Qadın təəccübləndi:
   - Siz onunla niyə maraqlanırsınız? - Qadın ehtiyatla Kumsuk Çonu təpədən-dırnağadək süzdü. - Məgər siz onunla tanışsınız?
Melissa özünü qadına Amerika jurnalisti kimi təqdim etdi. Qadın arxayınlaşıb özünü təqdim etdi:
   - Mən Canet Roulinqəm, Pitin arvadı. Bu gün burda mənim qardaşım oğlunun ad günü qeyd olunur. Buyurun, siz nəsə için, mən gedim Piti tapım.
   "Deməli, ata yenə də evlənib". Melissa pivə içə-içə həyətdə gəzişir, ətrafa baxır, nəhayət gəlib köhnə, işlənməyən furqonlu avtomobilin qarşısında durub baxırdı.
   - Deyəsən, maşın həvəskarısınız.
   Melissa çevrilib qarşısında ağsaç, amma ucaboy və yaraşıqlı bir kişini gördü. Kişi onun baxışlarına cavab olaraq özünü təqdim etdi:
   - Mən mister Roulinqəm. Böyük məmnuniyyətlə sizə Coanın uşaqlığı haqqında danışaram. Amma ödənişlə.
   Görəsən, Pit qızıyla əlaqə saxlayır? Amma kişinin sonrakı sözləri Melissanı məyus etdi. Onun bura, Suonicə gəlməsi əhəmiyyətsiz imiş.
   - Bax, bu furqonlu maşınla maraqlanmaqda haqlısınız. Coan orda var-dövlətini artırdıqca, biz burda özümüzə furqonlu maşında sosiska və hamburger satmaqla çörəkpulu qazanırıq.
   Bu, yalan idi. Malikanəni Coan atasına hədiyyə almışdı. Ona həmişə yaxından kömək edirdi. Görünür, Pitdən söz çəkmək, ondan istifadə etmək mümkün olmayacaq. Melissa yalançı müsahibəni sabaha keçirib, burdan tez çıxıb getməyə tələsdi. İndi növbəti, sonuncu vasitəyə əl atmalıydı. Bunun üçün o, Edenburqa getməlidir.
   Co satqınlığı atasına heç vaxt ona bağışlamayacaqdı. Əlbəttə o, anasından sonra atasının öz gələcəyi üzərindən xətt çəkməsini tələb etmirdi. Sadəcə, bu adam həyat yoldaşı son illər xəstə yatarkən artıq özünə əyləncə tapmışdı. Xəstə anası gecə-gündüz öz dərdini unudub atasından, onun üzərinə yük düşməsindən nigaranlıq çəkirdi. O isə iş adıyla kefə gedirdi. Co bundan şübhələnirdi. Bununla belə anasının məzarı üzərindəki güllər solmamış öz oynaşını, katibəsini evə, anasının əvəzi kimi gətirməsi onun ürəyini həmişəlik sındırmışdı.
   Yaradan şahiddir ki, Co atası və onun yeni xanımı ilə münasibətləri müəyyən qədər də olsa düzəltməyə çalışırdı. Kitablarının ilk nüsxəsini xoş sözlərlə onlara göndərirdi. Hətta Neyl Mürrey ilə nikah bağlayanda Co sevincindən elə düşünürdü ki, bütün dünyanı sevməyə borcludur. O, atası və ögey anası ilə birlikdə gülə-gülə şəkil də çəkdirmişdi. Amma sonra nə oldu? Sonra bir gün qəzetdə oxudu ki, atası onun bütün hədiyyələrini, Coana aid əşyaları auksiona çıxarıb 90 min dollara satmışdı. Bu, atasının ikinci satqınlığı oldu. Bundan sonra Co onunla yaxın olmağı, münasibət saxlamağı mənasız bildi.
   Melissanın siyahısından adlar bir-bir yoxa çıxırdı. İkinci dəfə türməyə düşməkdən qorxduğu üçün Coanın evinə yaxınlaşmağa cəsarət etmirdi. Cessikanın hansı məktəbdə oxuduğunu bilmirdi. Anası onu paparassilərdən qorumaq üçün bir məktəbdən çıxarıb, o birinə qoyurdu. İndi siyahıda iki ad qalırdı. Onlardan biri Roulinqin rəfiqəsi Fayona Uilson idi. Ona ümid eləməyinə dəyməzdi. Çünki Fayona Coana hədsiz dərəcədə sədaqətli idi. Fayona jurnalistləri yaxına buraxmırdı. Coan rəfiqəsinə özünün Edinburqdakı birinci malikanəsini hədiyyə etmişdi. Həyatda onu Fayona kimi sevən adam çox deyildi. Onlar Coanın qızı üçün yeməyə nəsə almağa pulu olmayan vaxtlarda tanış olmuşdular. Coanı həyatda sevindirən yeganə bir şey var idi, o da sərbəstliyi - qaldıqları evdə onlara heç kim ziyan vura bilməzdi. Özünü döşəməsinin altında siçanlar qaçan bu evdə xoşbəxt sayırdı. Aldığı 69 funt yardımın böyük hissəsini evə kirayə haqqı verirdi.
   Coan birinci dəfə yardım almasını heç vaxt unutmayacaq. Elə bil, başı üzərində böyük neon əqrəb vardı və bu əqrəb onun hara getdiyini hamıya göstərirdi. O, kassaya yaxınlaşıb, depozit kitabçasını oğrun-oğrun, cəld kassirə ötürdü ki, heç kim onun əlində nə olduğunu görməsin.
   Co qızına canlı dovşan almaq istəyirdi. Amma nəinki canlı, heç kukla dovşan almağa onun pulu çatmadı. O, sosial xidmət şöbəsində necə hönkürüb-ağlamasını da unutmurdu.
   - Siz axı dediniz ki, balaca qızınız var. Bəs onda niyə bizdən bu ayını almırsınız?
   Bu sözlərlə imkansızlara könüllü yardım göstərən məktəbli qız köhnə, rəngi getmiş, çirkin kuklanı yenidən ona uzatdı. Co birdən-birə sel kimi axan göz yaşlarını gizlətmək üçün, çirkli kuklanı qızdan alıb üzünə sıxdı.
   Cessikanı körpələr evinə qəbul etmədilər. Çünki Co risk qrupuna daxil deyildi. Yəni onun narkoman, alkoqolik diaqnozu yox idi. Odur ki özü işləməli və qızının saxlanmasına görə özəl təşkilata pul ödəməli idi. Coan kolyaska ilə bütün günü şəhərdə gəzib-dolanardı. Evdə soyuq idi, istilik cihazına isə pulu çatmırdı. Elə bu vaxtlar o, gələcək kitabı üçün demontorları, insandan ümidləri sovurub-çıxaran sirli məxluqların surətini fikirləşib tapdı. Bu şəhərdə "Nikolson" adlı kiçik bir kafe vardı. Bacısı Di buranın həmsahibi olan qızla tanış idi. Co onun adı ilə gedib kafedə oturur, burda Cessikanın rahat, mışıl-mışıl yatdığını görüb arxayınlaşır və birinci kitabının, "Harri Potter və fəlsəfə daşı"nın ardını yazırdı. Vaxt gələcək, bu balaca "Nikolson" kafesi pottersevənlərin ziyarətgahına çevriləcək. Fayonayla onun dostluğunun sirri çox sadə idi. Coan romanının ilk səhifələrini məhz ona oxumuşdu. Məhz o, Fayona ilk dəfə onun ürəyində ümid işığını yandırmışdı:
  - Co, mənə söz ver ki, sən bu əsəri yazıb qurtaracaqsan. Səni inandırıram, bu kitab dünya şöhrəti qazanacaq. Mən bunu xahiş etmirəm. Mən bunu səndən tələb edirəm. Mənim Ketim də Harri haqqında bu möcüzəli kitabı oxumalıdır. Dediklərimi unutma!
Üç gündən sonra Co poçtla Fayonadan üç min dollar pul aldı. Bu onun rəfiqəsinin illəruzunu yığdıqları idi. Bu gün onun ədəbi katibi işləyən Kris Littlın da sözlərini unutmurdu:
   - Co, başa düş, uşaq kitabından qazanmaq mümkün deyil. Sənin əsərini han sı nəşriyyata aparıramsa, ordan yalnız rədd cavabı alıram.
Co pərt halda susurdu. Birinci etiraz cavabı sözbəsöz onun yadında idi: "Kitab uşaqlar üçün uzun və çox dolaşıqdır". Daha bir etiraz: "Buna bənzər artıq nə isə yazılıb". Onlar yenə də ruhdan düşmürdülər. Bir gün Kris məyus gəlib, hansısa bir nəşriyyatın kitabı çap edəcəyini bildirdi. Amma qonorar vur-tut 2250 dollar olacaq. Coan bunu eşitcək sevindi. Əsas odur ki, kitab nəşr olunsun. O, səhv etmirdi. Bir neçə aydan sonra Kris Londondan ona zəng vurdu:
  - Co, xəbərin var? Yox, əvvəlcə dur elə telefondaca rəqs elə, sonra sənə deyim. Bizim Harri Potterimiz bestsellerlər siyahısında birinci yeri tutub.
   Bu xoş xəbərdən sonra Kris telefonla daha bir sürpriz xəbər yetirdi. Amma bu dəfə ciddi və sakit:
   - Amerika naşirləri kitabın nəşri üçün 110 000 pul ödəyirlər.
Ardınca Kris tamamilə bayaqkı sakit səsinə uyğun gəlməyən qələbə nidası kimi ucadan, sevinclə çığırdı.
   Kitabın nəşrləri, tirajı durmadan artırdı. Kitablar görünməyən sürətlə satılırdı. Yer üzünün hər yerində saniyədə səkkiz nüsxə nəşr olunurdu. 1999-cu ildə Coan Roulinq milyonçu elan olundu. Beş ildən sonra isə milyarder.
   Co "Bütün arzularınız həyata keçibmi?" sualına cavab verməkdən yorulmuşdu. Bir dəfə suala belə cavab verdi:
   - Hə! İndi mən evimdə kök dişi dovşan saxlayıram. Amma hər dəfə onu əlimə götürmək istəyəndə cırmaqlayır. Odur ki gərək müəyyən arzuları xəyalında saxlayasan, onların həyata keçməsinə yol verməyəsən.
   İndi Melissanın bir ümidi qalırdı - Drü. Drü Neyl Mürreyin birinci arvadı olub. Bu qadın ərinə onu atıb, məşhur yazıçı ilə evlənməsini bağışlamırdı.
   Melissa Drünün işlədiyi xəstəxana ilə üzbəüzdə yerləşən kafedə oturub qəhvə içirdi. Drü nahara bu kafeyə gəlirdi. Melissa icazə istəyib, onun yanında oturdu. Bu qadın həm qəşəng, həm də söhbətcil idi. Hər halda, söhbətləri tuturdu. Beş dəqiqədən sonra, Melissa həmsöhbətinə yalandan dedi ki, əri onu atıb. Drü ona nəvazişlə baxıb təskinlik verdi:
   - Mən sizin dərdinizi başa düşürəm. Amma qəm yeməyin. Məni də ərim atıb. Boşanmağa güclə razılıq verdim. Amma indi görürəm, nahaq narahat olmuşam. Çünki ikinci ərimlə mən daha xoşbəxtəm.
   Onun ikinci əri ilə söhbətinə həvəssiz qulaq asan Melissa özünə başqa bir plan cızmaqda idi. Söhbətin mövzusunu dəyişmək lazım gəldi:
  - Ər heç, cəhənnəm olsun! Bu həyatda əsas uşaqdır. Bilirsiniz, mənim Billim, deyəsən, ağlını itirir. Əvvəllər elə yaxşı uşaq idi. Günah mənim özümdədir. Gərək bu lənətəgəlmiş Harri Potter haqqında kitabları alıb ona hədiyyə etməyəydim...
   Sonra Melissa "onun Billi"sinin özü kimi bu kitabın təsiri altına düşən yaşıdları ilə babasının köhnə, uzun plaşını geyinib küçələrə, meşələrə, dağlara düşməsindən, məktəbdə kimya kabinetinə girib, burda o kitabdakı kimi cadu etməsindən danışdı. Bəli, uşaqların psixologiyası korlanır. Söhbət Drünü da qızışdırdı:
   - Oğlunuzda günah görməyin. Bais Coan Roulinqdir. Mənə elə gəlir, o öz qəhrəmanlarından heç nəylə seçilmir. O, təsvir elədiyi caduların da sirrini bilir.
   - Bəs görəsən kimsə onu, bu qadını əməllərindən döndərməyə çalışır? Onu başa salmaq lazımdır ki, yaxdığı hər şeyə uşaqlar təkrar edir. Ona məsuliyyətli olmağı məsləhət görmək lazımdır.
   Birdən Melissa nədənsə duyuq düşəntək kağızı götürüb yenə oxudu. Sonra dönüb üç dəqiqə bundan əvvəl parikli qadının oturduğu boş stola baxdı. Ola bilməz! Doğrudanmı orda Roulinq oturmuşdu? Qaçmaq, ona çatmaq lazımdır! Ona bütün bu illər ərzində nə qədər ağır olduğunu açıb söyləmək lazımdır. Melissa kafedən bayıra sıçradı. Çoxlu adam vardı. O, tələsik sağ tərəfə, sonra yarıda dayanıb sol tərəfə qaçmağa başladı. Parikli qadın görünmürdü. Amma Melissa yenə axtarırdı. Yenə sağa-sola qaçıb dəli kimi ətrafa boylanırdı. Xeyli axtarandan sonra, yorulub yaxınlıqdakı skamyada əyləşdi. Nəfəsini dərdi. Kağızı çıxarıb bir daha oxudu. Fikirləri dolaşırdı: "Belə çıxır ki, bütün bu illər ərzində Co məni və o dəhşətli günü xatırlayırdı. Bəs bir ömrə bərabər bu vaxt ərzində mən iztirab çəkdiyim halda, o niyə susurdu? Bir də... Axı nəyə görə o günü xatırlamaq olmaz?...".
   O, bu illər ərzində özünə yasaq etdiyini xatırlamağa başladı, olduğu kimi , təfərrüatıyla. Melin o zaman doqquz yaşı vardı. Co gülməli eynək taxırdı. Dovşanın rəngi qara idi. O, bu hadisəni bilərəkdən törətməmişdi. Onun günahı yox idi. Co düz deyir. Heç kimin günahı olmadan baş verən bu hadisəyə görə özünü üzmək olmaz.
    O, skamyadan qalxıb yenə ətrafa baxdı. Heykələ dönmüş bu qadının baxışlarında bir sual vardı: "Coan Roulinq, hardasan?".

Tərcümə: N.Bədəlov

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107