Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Doris Lessinq: Mən pul üçün yazmağa başlamışdım

 

Doris Lessinq-Xanım Lessinq, siz əlli bundan öncə ayrıldığınız ikinci ərinizin soyadını daşıyırsınız

-Sizə elə gəlir ki, mənim soyadım Uisdom (Wisdom- ing. müdriklik) olsaydı daha yaxşı olardı? Bu, birinci ərimin soyadıdı. Ağlı başında olan və güclü hafizəyə malik heç bir adam, yazıçı olmaq istəyirsə özünə belə bir soyad götürməz. Həm də bizim Hotfridlə övladımız vardı (Doris Lessinqin birinci nigahdan da iki övladı olub). Buna görə də soyadımın dəyişdirilməsinə razı deyildim. Axı Lessinq əla addı. Bu ad böyük bir ənənəylə bağlıdı.

-Siz görkəmli alman yazıçı-romantikini nəzərdə tutursunuz? Sizin əriniz onun qohumu idi?

-Xeyr, Hotfrid Lessinqin onunla heç bir əlaqəsi yoxdur. O, kommunist idi, nasistlərin əlindən əvvəlcə İngiltərəyə, sonra da Cənubi Rodeziyaya mühacirət eləmişdi. Biz onunla elə oradaca, solçu bir qrupda tanış olmuşduq. Bir müddət sevgi macəramız oldu, 1944-cü ildə isə ailə qurduq. Əks təqdirdə onu düşməncəsinə köklənmiş əcnəbi kimi damğalaya bilərdilər. Bunda romantik heç nə yox idi.

-Sizin Almaniya ilə bağlı ilk təəssüratlaınız nəylə bağlıdır?

-Birinci dünya müharibəsində almanlara qarşı vuruşmuş atamın söhbətlərilə. O, yaralanmışdı, ayağını itirmişdi, sinirləri pozulmuşdu. Amma almanlara qarşı nifrəti yox idi. İkinci dünya muharibəsi dövründə mən almana ərə getdim. İnanın, mən Almaniyaya çox bağlıyam.

-50-ci illərdə Cənubi Berlinə səfər etdikdən sonra siz yazırdınız: “Bu mənim həyatımdakı ən pis narahatlıq idi”

-Cənubi Berlin çox bərbad vəziyyətdə idi. Hər şey dəhşətli, çılpaq və boz idi. Almaniyaya getməkdə başqa bir məqsədim də vardı: mən Hotfridi görmək istəyirdim.

-...ADR-ə köçmüşdü

-Hə, mən oğlumla onun əlaqələrini bərpa eləmək fikrindəydim. Amma Hotfrid kommunist funksioneri olmuşdu, Mədəniyyət İttifaqında çalışırdı. Məni görmək istəmədi. Elə bilirdi ki, bu onun üçün təhlükəli olar

-Siz onu “150 faizlik kommunist” adlandırırdınız. Amma sonralar belə şaiyə yayıldı ki, bəs demə o DTK-nın cəsusu imiş...

-Elədi, Cənubi Afrika məxfi polisinin əməkdaşları elə deyirdilər. Amma heç kəs bunu yoxlaya bilmədi.

-Siz Afrikada balaca, atılmış bir fermada böyümüsünüz. Ədəbi yaradıcılığınıza kim və ya nə təsir elədi?

-Vaxtımın çox hissəsini təklikdə keçirirdim. Bəzən əlimə ov tüfəngi alıb saatlarla vəhşi meşələrdə veyillənirdim. İlandan başqa heç nədən qorxmamışam. Əcəb uşaqlıq idi...

-Heminquey də ovu sevirdi, amma mən biləni ovçuluğun yazıçılıqla heç bir əlaqəsi yoxdu, ya var?

-Sizə elə gəlir ki, bütün yazıçılar yumşaq və şirin olmalıdı? Bizim yaşadığımız yerlərdə bir tikə də olsa yemək üçün hər bir kəndli ov eləyirdi. Bütün uşaqlar tüfəngdən atmağı bacarırdı- düzdü, bizim rayonda məndən savayı qız ovçu yox idi. Amma bu o demək deyil ki, mənim günüm ovda keçib, xeyr, mənim həm də kitablarla dolu yeşiyim də vardı...

-Yazmaq istədiyinizi nə vaxt hiss elədiniz?

-Bu günlərdə məktəb rəfiqələrimdən biri mənə dedi ki, guya on bir yaşımız olanda internatın ümumi yataq otağında demişəm ki, böyüyəndə yazıçı olacağam. Amma mən bu hadisəni xatırlamıram. Bircə onu bilirəm ki, gəncliyimdə hər gün yazırdım. Bilirsiniz, gənclik illərində mən iki roman yazmışdım, amma elə xəttlə yazmışdım ki, sonralar heç cür axıradək oxuya bilmədim onları. Onsuz da fərli əsərlər deyildilər...

-Həmin əlyazmaları saxlamısınız?

-Allaha şükür ki, yox... Yoxsa mütləq kimsə onlara doktorluq dissertasiyası həsr eləyərdi.

-Amerika yazıçısı Tom Volf deyirdi ki, yazıçılar romanları və hekayələri şöhrət üçün yazırlar. Adamın pulu olanda əladı, şöhrəti olanda isə ikiqat əladı

-Mən pul üçün yazmağa başlamışam, şöhrət barədə düşünməmişəm. Əgər Volf bunu deyirsə, deməli onun çoxlu pulu olub

-Deyirlər ki, siz 1949-cu ildə on iki yaşlı oğlunuzla Londona köçəndə vəziyyətin ağırlığından fahişələrlə bir evdə yaşamalı olmusunuz?
 
-Hə, elədi. Yadıma gəlir, o qadınlardan biri əvvəlcə seksə nifrət eləyirdi, sonra necə oldusa  fahişəyə çevrildi. Onu dörd kişi saxlayırdı, əla geyinib-kecinirdi, ətirlərinə söz ola bilməzdi, hələ üstəlik mənə deyirdi ki, gəl bir-ikisin də sənə düzəldim. “Elə asandı,”-deyirdi.- “Bütün dərdlərin yadından çıxacaq, bu yazmaq zəhrimarı da biryolluq tərgidəcəksən. Mən də hər dəfə ona başa salmağa çalışırdım ki, mən bunu eləmək istəmirəm.

-Sizin “Ot nəğmə söyləyir” adlı romanınız 1950-ci ildə işıq üzü görmüşdü. Amma "əlinizin çörəyə çatması" üçün illər keçəcəkdi...

-Mənim cüzi qazancım vardı. Ayın bu başından o başına çatmırdı. Oturub ağlayırdım. Bir ahıl kişi vardı, mənə deyirdi ki, döz, sənin də pulun olacaq. İlk romanımın çapından sonra keçən 10 il ərzində heç nə dəyişmədi, yenə həmin maaş, həmin həyat tərzi, orta səviyyəli fəhlənin pulunu alırdım. İllər ötdü, bank hesablarım açıldı, ədəbi agentlərim oldu, hamı başladı ki, mütləq özünə ev almalısan. Mən heç vaxt öz evimin olmasını istəməmişəm. Çünki bu başdan ayağa problem deməkdi. Otur, gözlə ki, elektrik gəlib işığını düzəldəcək.. Bu da  sənə xüsusi mülkiyyət. Amma başqa yerdə olanda belə şeylər vecimə də deyildi.
 
-Siz həyatda olan ingilisdilli yazıçılar arasında ən məşhurlardan hesab olunursunuz. Bu sizin üçün nə deməkdir?
 

-Adətən mən  başımı aşağı salıb həyatımı yaşayıram, heç kəs mənə əhəmiyyət vermir. Yox, əgər təzə kitabım çıxıbsa və mən onu reklam eləyirəmsə, o saat yenidən məşhurlaşıram və konkret olaraq o şəraitə uyğun davranmağa başlayıram.

-Sizə “Britaniya imperiyasının xanımı” ali titulunu vermək istəyirdilər, niyə imtina etdiniz?

-Mənim bütün gəncliyim Britaniya imperiyasına qarşı mübarizəyə həsr olunub. Deyirsiniz indi onlara təşəkkür eləyim? "Çox sağ olun, çox minnətdaram" deyim? Həm də “Britaniya imperiyasının xanımı” söz birləşməsi kimi çox gülməli səslənir.
 
-Dövləti nə xilas edə bilər?
 
-Praqmatizm. Stalin, Hitler, Mao kimi diktatorlar milyonlarla insanı ona görə qırdılar ki, fövqəl cəmiyyət yaratsınlar...
 
-Deməli, heç bir şirin arzuya, utopiyaya güman etmək olmaz?
 
-Xeyr, dövlət üçün utopiya qəbuledliməzdir.
 
-Axı nə vaxtsa siz inqilabçı idiniz. 14 yaşında birinci ərinizi, darıxıdırcı məmuru atıb evdən getmişdiniz, 50-ci illərdə London kimi şəhərdə təkbaşına uşaq böyüdürdünüz...
 
-Bu idealizm deyildi, bu praqmatizm idi. Bu bunu ona görə edirdim ki, xilas olum. Əks təqdirdə mən ya əyyaş olmalıydım, ya da intihar eləməliydim.
 
-Demək, sizin mübarizəniz qadının cəmiyyətdəki ənənəvi roluna qarşı olmayıb?

-Mən bunu belə qəbul eləmirdim. Həm də, mən hələ 50-ci illərdə elə qadınlar tanıyırdım ki, mənim kimi heç kəsdən asılı deyildilər.
 
- Siz bu cür qadınların obrazını “Qızıl gündəlik” romanında yaratmısınız. Bu roman feminizmin bibliyası hesab olunur.
 
-Ümumiyyətlə, mənim belə bir məqsədim olmayıb. Mən həmin romanda yarım əsr bundan qabaq qadınların necə yaşadığını və düşündüyünü qələmə almışam. Mənə indiyədək də aydın deyil ki, niyə insanlar bu əsəri inqilabi qığılcım hesab eləyirlər. Bir də görürsən, hardasa çıxış eləyib qurtardıqdan sonra mənə üç qadın yaxınlaşır-nənə, ana, nəvə-üçü də “Qızıl gündəliy”i oxuduğunu deyir.

-Bu ki, yaxşı haldı. Sizi bu romana görə az qala bütün dünya tanıyır.

-Mənə damğa vurublar: feminist, bu da mənə ziyan gətirib. Mən bilirəm ki, kişilərin çoxu mənim əsərlərimi feminizm hərəkatının bir hissəsi kimi qəbul eləyir və oxumur. Mən feminist deyiləm. Mən şüurlu şəkildə bütün hərəkatlardan yayınmağa çalışıram.
 
-Sizin «Nənələr” kitabınız sayca 53-cüdü. Necə yazırsınız?

-On barmağımla mexaniki çap makinasında yazıram. Hərdən uşaqlara makinamı göstərirəm, qəşş eləyib özlərindən gedirlər.
 
-Dincəlmək fikriniz yoxdur?

-Bütün ömrüm boyu yazmışam. Niyə dayanım ki? Həyat çox ağır bir işdir, elə deyil? Məni əvvələr olmayan bir şeyin yaradılması prosesi çox maraqlandırır. Heç nədən tarix yaradıram. Və tarixi nəql eləməkdən, insanlara çatdırmaqdan zövq alıram

Tərcümə: Elşən Çingiz (Lit.az)
“Şpigel” jurnalının materialları əsasında, 2004

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107