Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Nankindən Parisə gedən yol...

     2000-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatının Fransada yaşayan çin mənşəli yazıçı Hao Sintsiana verildiyini eşidəndə sevindim. Çünki onu tanıyırdım, 1998-ci ildə Parisdə iki aylıq ezamiyyətdə olarkən onun kitablarını oxumuş, ona həsr olunmuş bir filmə də baxmışdım. Haonun yaradıcılığına rəğbətimin qat-qat artmasına səbəb isə onun bir əsəri oldu. Hao Sintsianın pyeslərindən biri sanki Bakıda 20 Yanvar hadisələrini görmüş, onun qanlı səhnələrini yaşamış bir adam tərəfindən yazılıb. Burada 1989-cu ildə Pekinin Tyananmen meydanında tankların tırtılından və amansız ölümdən xilas olub zirzəmidə gizlənmiş bir neçə gəncin keçirdiyi hisslər və söhbətlər qələmə alınıb. Yaşlı nəslin bir nümayəndəsinin də qoşulduğu həyəcan dolu pıçıltılı mübahisələrdə gənclərin demokratiya və fərdi azadlıq uğrunda mübarizəsinin müxtəlif çalarları üzə çıxır.
    Haonun ən populyar əsəri isə "Könlümün dağları” adlı avtobioqrafik romanıdır. 1983-cü ildə müəllif Çinin Yantszı vilayətinə on aylıq bir səfər edir, bütün vilayəti addım-addım gəzib 15 min km. yol keçir, müxtəlif irqli, müxtəlif mənəviyyatlı adamlarla görüşür, nəticədə isə oxunaqlı bir kitab yaranır.
    Haonu Fransalı yazıçı dostum Doni Burjua vasitəsilə tanımışam. Onun kitablarını da Doninin şəxsi kitabxanasından götürüb oxumuşam. Haonun rəsm yaradıcılığına həsr olunmuş, çox ustalıqla çəkilmiş lirik, sənədli filmin müəllifi isə Doninin sevgilisi Katrin idi və filmi bizə öz mənzilində göstərmişdi. 1987-ci ildən Fransada yaşayan Hao fransız dilini Pekin universitetində öyrənsə də dilinin təkmilləşməsinə Fransada və fransız dostlarının əhatəsində nail olub. 2000-ci il Nobel mükafatına layiq görülməsində və adının bütün dünya mətbuatında hallanmasında da yəqin ki, fransız ziyalılarının xidməti az olmayıb.
    Yazıçı və jurnalist Doni Burjuanın özü bir neçə il əvvəl Azərbaycana gəlmişdi. Gəlişində məqsəd özünün dediyi kimi, "Aleksandr Dümanın Qafqaz səfərinin yolunu təkrar  gəzmək" idi. A. Dümanın "Qafqaz" əsərinin Azərbaycana aid hissəsini tərcümə və təhlil etdiyimi bildiyinə görə Azərbaycanın Fransadakı səfiri Eleonora xanım ona ölkəmizdə kömək göstərməyimi xahiş eləmişdi. Mən də, başqaları da Burjuaya kömək göstərdik və qonaqpərvərliyimizi sübuta yetirdik (bu ayrı və ədəbiyyata daxil olmayan gözəl bir xatirə mövzusudur). Bir aya yaxın Azərbaycanı dolandıqdan sonra Donini Gürcüstan sərhəddindən yola salanda dost kimi ayrıldıq. İki il sonra mən Fransaya ezamiyyətə gedəndə Doni məni əsl fransalı dost kimi qarşıladı və qonaqpərvərlik göstərdi. Orda Doni mənə Azərbaycan səfəri haqda xatirələrinin əlyazmasını göstərdi və çap etdirə bilmədiyindən şikayətləndi. Yazıda Azərbaycana qarşı yaxşı münasibət duyulurdu, amma yazının üslubu qəliz görünürdü. Bu cəhəti bildirməklə yanaşı, yarızarafat Doniyə dedim ki, bəlkə yazıda Azərbaycana qarşı mülayim münasibət səni ezamiyyətə göndərənlərin xoşuna gəlməyib? (Donini Azərbaycana "Le Mond" qəzeti ezam etmişdi.) Onun Azərbaycanda etnik məsələlərlə maraqlandığını bilirdim və sonra Parisdə özü etiraf eləmişdi ki, bizə gələrkən pis informasiya ilə yüklənibmiş. Gəlib həqiqəti özünün araması yaxşı cəhət idi və güman edirəm ki, Azərbaycan haqda xatirələri çap olunacaq, bəlkə də artıq çap olunub.
    Doni Burjuanın Fransada bir kitabını oxumuşdum. Sonra isə mənə Hao Sintsian ilə birgə qələmə aldığı "Reallığa daha yaxın" adlı bir kitab bağışladı və oxuyandan sonra fikrimi söyləməyi xahiş etdi. Əslinə qalsa, bu kitab iki yazıçı dostun - Hao ilə Doninin bədii yazı haqda söhbətlərinin (1994-1997-ci illərdə) qələmə alınmış toplusudur və onun mütaliəsindən həzz almışdım. Bir kitablıq dialoqda Haonun fikirlərində öz düşüncələrimə daha yaxınlıq duymuş və bunu dostum Doniyə deməkdən çəkinməmişdim. Bəlkə də bu fikirlərdə, bu deyimlərdə yaş fərqi (Doni Hao və məndən 20-25 yaş kiçikdir) və yaşanmış mühit, həyat tərzi də xüsusi rol oynayıb. Ancaq hər halda çin mənşəli Hao Sintsianla fransız Doni Burjua bizim dövrün yazıçılarıdır və onların bədii yaradıcılıq haqda fikirləri maraq doğurur. Kitabdakı ilk söhbətin fransızcadan tərcüməsi belədir:

Doni Burjua - Uşaqlıq illərini, yazmaq həvəsinin necə yarandığını xatırlayırsanmı ?
Hao Sintsian - Uşaq vaxtı tez-tez xəstələnirdim. Həmən dövrdə Çində vəziyyət çox gərgin idi. Evdə qapanıb qalırdım. Məktəbə getmirdim. Oxumağı mənə anam öyrədib. Kiçik otağımda tək qalmağı sevirdim. Bütün günü tək qala bilirdim. Özüm özümdən əhvalatlar uydururdum, şəkil də çəkirdim, şəkil çəkməkdən həzz alırdım.
Doni - Çində kommunistlər hakimiyyətə gələndə sənin neçə yaşın olardı?
Hao - Doqquz yaşım vardı. Sonra bütün ailəmiz Nankinə köçdü. Yadıma gələnə görə o vaxt vəziyyət yaxşılaşmışdı.
Doni - Anan aktrisa idi?
Hao - Əvvəl, ərə getməzdən əvvəl aktrisa olub.
Doni - Sən ailənin tək övladı idin?
Hao - Yox, məndən iki yaş kiçik bir qardaşım da var. O bəstəkardır, hələ də Nankində yaşayır. Kiçik yaşlarımda mən də skripka və çin musiqi alətlərində çalmağı sevirdim. Şəkil çəkirdim və daha çox yazmaqla məşğul olurdum. Hekayələr, uşaq nağılları yazırdım.
Doni - Uşaq vaxtı mən də çox şəkil çəkirdim. Kitab oxumağı da sevirdim, amma yazmırdım, çünki məktəbdə fransız dilindən geri qalırdım. Amma sənin kimi mən də tənha idim. Vaxtımı öz-özümə əhvalatlar söyləməklə keçirir, qəmli səhnəciklər qururdum, bu uydurmalarda valideynlərim ölürdü, özüm ölürdüm, bəzən də cinsi əlaqə mənzərələri uydururdum.
Hao - Neçə yaşında?
Doni - Kiçik olanda... Doğrusu bu fikirlərin hansı vaxtdan başladığı yadımda deyil. Hər halda sadəlövh uşaq fikirləri idi. Həyatilikdən uzaq uşaq təfəkkürünün məhsulu... Sonralar, təsəvvürüm aydınlaşdığı vaxt özümü yaraşıqlı qadınlarla təsvir edirdim. Ancaq on dörd-on beş yaşlarımdan sonra gündəlik yazmağa başlamışam. Amma özüm də yaxşıca bilirdim ki, bu müvəqqəti işdir, çünki məktəbdə fransız dilini pis öyrənmişdim.
Hao - Onda heç ağlına gəlirdimi ki, sən ədəbi yaradıcılıqla məşğul olursan?
Doni - Heç vaxt.
Hao - Sənin uşaq vaxtı uydurduğun səhnəciklər mənə də tanışdır. Mən də elə səhnəciklər, aydın olmayan eşq macəraları uydururdum.
Doni - Mən inanıram ki, bütün uşaqlar bu cür olur... Ancaq özümü yazıda sınamağı qərara aldığım, öz həqiqi duyğularımı özümə açmağa başladığım, onları müşahidə etdiyim, onların yaratdığı yeni problemləri gördüyüm vaxtdan bu işin nə olduğunu anladım.
Hao- Sənə təsir göstərmiş yazıçıları sadalaya bilərsən? 
Doni- Yox, bunun heç bir mənası yoxdur. Həm də ki, bu çox fərdi bir işdir, hər kəsin öz yolu var.
Hao - Elədir, mən də sadalamaq istəməzdim. Bu inkişaf yoludur və burada kiminsə adını çəkmək yersiz düşər. Amma hər halda mənim universitetdə fransız dilini öyrənməyə başlamağım və fransızca nəşrlər oxumağım həyatımda bir dönüş nöqtəsinə çevrilib. Çünki mən Çin kommunist rejiminin icazə vermədiyi başqa mənbələri də oxumaq imkanı tapmışdım.
Doni - Mən yeniyetməlik yaşıma nisbətən indi xeyli az mütaliə edirəm. Özüm bir neçə əsər yazandan sonra mütaliəyə ehtiyac duymadım. Bir roman götürüb əvvəlinə baxan kimi onun necə yazıldığmı tez anlayır və kitabı örtürəm. Çünki bu andaca müəlliflə onun əsəri arasındakı yaxınlıq, yaxud məsafə aydınca duyulur. Bir vaxtlar xatirə əsərlərinə, memuarlara maraq göstərdim. Fikirləşirdim ki, belə əsərlər daha qabarıq olur, həyat orada daha aydın görünür, amma həmişə belə olmur. Həyatı yazıya almaq həmişə çətin bir məsələ olaraq qalır.
Hao - Mən daha çox klassik müəlliflərin əsərlərini, xüsusilə yunan faciələrini oxuyuram. Tamaşa yazmaq üçün onlar əsas mənbədir.
Doni - Hələ də başqa müəlliflərin əsərlərini oxumaq sənə bir xeyir verirmi? Mənə elə gəlir ki, daha onlara marağıın sönüb, yalnız öz şəxsi yaradıcılığım, fikirləşmək və yazmaq həvəsim mənə qüvvət verir.
Hao - İndi işimin çoxluğundan oxumağa vaxt qalmır.
Doni - Əgər fikirləşsəydin ki, mütaliənin sənə bir xeyri olacaq, oxumağa vaxt tapardın?
Hao - Mən artıq kifayət qədər oxumuşam! Gənclik illərimdə mütaliənin mənə çox köməyi olub. Menə təsir göstərmiş müəlliflərə həmişe böyük rəğbətim olub.
Doni - Sənə elə gəlmirmi ki, indi onları yenidən oxuyanda eyni təəssüratı almırsan? Ancaq keçmişə rəğbət duyursan, keçmişdə keçirdiyin hissləri isə daha tapa bilmirsən.
Hao - Gəncliyimdə məndə bir aludəçilik vardı. İndi isə seçib aramaqla məşğulam. Hətta məşhur müəllifləri oxuyanda belə bəzi cümlələrə, ifadələrə düzəliş vermək istəyirəm.
Doni - Məndə də belə hallar olur, onların əməyini düzgün qiymətləndirməklə yanaşı peşəkar münasibət də meydana çıxır.
Hao - Lakin Çexov kimi müəlliflər də var ki, onların hər cümləsi öz yerində görünür. Çexovu neçə dəfə oxusam eyni həzzi alıram.
Doni - Mən isə keçmişdə keçirdiyim hissləri yada salıb onların təsiri haqda fikirləşməklə kifayətlənirəm...

Qocayev.H

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107