Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Umberto Eko: Müasir yazıçı qəzet səhifələrində həyat və ölüm barədə fikirlərini yürüdə bilmir

 

Umberto EkoUmberto Eko-Italyan alimi, filosof, tarixçi-medievist, semiotika üzrə mütəxəssis, yazıçı. 5 yanvar 1932-ci ildə Alessandriyada (İtaliya) anadan olub. 1954-cü ildə Turin Universitetini bitirib, televiziya sahəsində çalışıb, “Espresso" qəzetinin şərhçisidir. Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Boloniya Universitetinin professorudur. 5 roman ("Qızııgülün adı", "Fuko kəfkiri”, “Ərəfə adası”, “Baudolino”, “Şahzadə Loananın sehirli alovu”), bir sıra elmi-publisistik əsərin  (Məs. “Diplom işini necə yazmalı”) və yüzlərlə elmi məqalənin müəllifidir. Təqdim etdiyimiz müsahibə bir neçə il əvvəl Rusiyanın “Russkiy Teleqraf” qəzetində çap olunmuşdur.

-Deyirlər siz müsahibəni həvəssiz verirsiniz?

- Elədir, xüsusən də, ətrafında 200 adam olanda və o adamların yarısı səninlə eyni vaxtda danışmaq istəyəndə...

-Nə etməli, yəqin, siz jurnalistləri başa düşərsiniz. Axı, özünüz də “Espresso" qəzetində hər həftə köşə hazırlayırsınız.

- Mən dünənə qədər qəzetin  köşə yazarıydım. İndi mən özümə həmin köşəni matəmadi olaraq yazmamaq hüququ vermişəm, çünki artıq bacarmırdım. Birdəfəlik canımı qurtarmaq istəyirdim, amma qəzet mənimlə vidalaşmağa razılıq vermədi. İndi onu kefim istəyəndə hazırlayacağam. Deməli, gələn həftə boşam və özümü xoşbəxt hiss eləyirəm.

- Qəzet üçün hər həftə yazmaq asan iş deyil ki?

- Baxır nə yazırsan. Əgər yazdığın siyasi xəbərdisə, buna dözmək olar: dünən prezident filan və filan şeyləri dedi. Mənim köşəmə gəldikdə isə-bu tamam ayrı şeydi. Mən hər həftə ağlıma gələn fikirlərimi ifadə etməliydim. Əgər Homeri təkrarən oxumuşamsa, Homerdən yazıram. Ona görə də, hər dəfə, hazırkı hadisələrlə bağlı olmasa belə, yeni nəsə fikirləşməli, yaratmalı olursan. Bəs ağlına heç nə gəlməsə? Ya da  gəlsə, amma yazılmağa layiq olmasa? Bax o zaman mənim qəzetçiliyim katorqaya çevrilir.

- Necə bilirsiniz,  qəzet üçün daha vacib olan nədir-yazarın şəxsiyyəti yoxsa yalnız  yeni xəbərlərin olmasına sərt riayyətmi?

- Dərd orasındadı ki, redaktor həm onu, həm də bunu uzlaşdırmağa çalışır. Ona görə də haradasa fövqəladə bir şey baş verirsə mənim ilk işim qaçıb telefonu söndürmək olur. Yoxsa o saat qəzetdən zəng vurub deyəcəklər: “Bu haqda nə fikirləşdiyinizi yazın”. Bilirsiniz, Frenk Sinatra mənim ən sevimli müğənnim idi, çox heyif ki, o, dünyasını dəyişdi, vəssalam, mən bu məsələ haqda  bundan artıq heç nə  fikirləşmirəm. Ümumiyyətlə hər olub-keçənlə, baş verənlə bağlı konseptual fikirlər yürütmək həm müəllifin, həm də oxucunun intellektual funksiyalarını korlamaqdan başqa bir şey deyil.

- Hesab edirsiniz ki, qəzetlər kor-koranə şəkildə hər xəbər dalınca qaçmamalıdı?

- Yeni xəbər olmasa qəzet qəzet olmaz, amma hər yeni xəbər də xəbər deyil axı. Məsələn, məqalə müəllifi yaxın günlərdə nəşr olunmuş toplu barədə rəy yazır. Amma o, bir vaxtlar nəşr olunmuş yaxşı bir kitabın təkrar nəşr olunmasının faydalı ola biləcəyi barədə də nəsə yaza bilərdi. Burada isti xəbər yoxdur, amma belə bir məqaləyə də ehtiyac var. Təəssüf ki, müasir qəzet müəlliflərini xəbərin qulu olmağa məcbur edirlər, mənim köşəm isə buna tam əks bir funksiya daşıyırdı: sondəqiqə reallıqla bağlı olmamaq, bir neçə il, hətta bir neçə əsr bundan əvvəl baş vermişlə əlaqədar münasibətini bildirmək. Bir də ki, hadisə bu gün baş veribsə nəyə gərə mənə bu barədə düşünməyə və təhlillər aparmağa iki ay vaxt verilməməlidir?. Bəli, mən çevik  fikirləşə bilmirəm, mənə heç olmasa iki ay vaxt  lazımdı ki, düşünüm və bundan sonra yazım.

- Belə olan halda niyə qəzetdə şeir və ya belə deyək də, “əbədi” bir şey çap olunmasın?

- Əvvəllər İtaliyada belə idi. 60-cı illərədək özünə hörmət edən hər bir qəzetin necə deyərlər, üçüncü- mədəniyyət səhifəsi vardı. Və orada jurnalist reportajı ilə yanaşı hər hansı bir şairin məsələn, “bu gün axşam yuxu görmüşəm” sözləri ilə başlanan məqaləsi verilirdi. Düzdü, sonralar bu  nəsə neqativ bir stereotipə çevrildi, gənc nəsil-mənim nəslim-deyirnməyə başladı ki, bəs bu qoca səfehlərin şeiriyyəti, onların qəzet esseləri cana yığıb bizi. Ən çox da, Leo Cekki adlı bir müəllif vardı, qızıl balıqlardan yazmışdı, bax onun bəxti heç gətirmədi. Yazıq sadəcə, masasının üstündə olan akvariumdan yazmışdı. Yadımdadı, bu çox əla bir mətn idi. Amma biz-gənclər onu necə təhqir edirdik...Bir də gördük həmin adam, "Göyərçinin parlaq gözləri" adlı başqa bir yazı yazıb. Burda artıq bizim hiddətimizin sərhədləri açıldı. Amma yaşlı nəslin nümayəndəsi və bir balaca intellektual adam hesab olunan atam (mühasib idi, həyatı boyu çox az oxumuşdu) mənə deyirdi ki, üçüncü səhifəni mütləq oxu, orda maraqlı şeylər olur. Onun üçün bu səhifə ədəbiyyatla bir növ ünsiyyət idi. Düzdü, indi üçüncü səhifə anaxronizm kimi görünərdi, amma əfsuslar olsun ki, indi artıq yazıçı qəzet səhifələrində həyat və ölüm barədə fikirlərini yürüdə bilmir. Bilirəm bu artıq publisistika olmayacaq, bu bir növ mənzum şeir olacaq, amma yenə də bunun nəyi pisdi ki?

 - Belə çıxır ki, ədəbiyyatla publisistika təzad təşkil eləmir?  Siz Marina Svetayevanın “qəzet oxucuları-boş-boşuna udqunanlardır”  fikri ilə razı deyilsiniz?

- Şairlər çox şey deyə bilər. Qalstuk və çəkmə-müxtəlif şeylərdi, amma bir-birilərilə heç bir ziddiyət təşkil eləmirlər. İndi tutaq ki, mən qalstuk taxmışam, deyirsiniz, ayaqqabımı geyinməyim? İnanın, ancaq ağıllı kitablar oxuyan adam da  ancaq qəzet oxuyan adam qədər məhduddur.

-Bəs mətbuatla televiziya arasında hansı qarşılıqlı əlaqə görürsünüz?

- Mən həmişə demişəm, indi də deyirəm, müasir qəzetləri, üzərində "Reno-ən yaxşı avtomobildir" yazılan "Sitroen" avtomobilinə bənzədirəm. Qəzetlər ümumiyyətlə, televiziyanı unutmalıdı. Onlar isə əksinə, televiziya ilə bağlı nə varsa köçürürlər birinci səhifələrinə. Mətbuat bilə-bilə ki, məğlub olur, yenə də televiziya ilə rəqabət aparır. Düzdu, operativlik baxımından onsuz da, qəzetlər televiziyaya məğlub olublar, Deməli qəzetlər başqa istiqamətdə televiziyanı qabaqlamalıdırlar. Qəzetdə ciddi, balanslaşdırılmış təhlilə ehtiyac var, amma bunu eləmək-mən İtaliyanı nəzərdə tuturam- unudulub. Bizdə yeni kitab haqda, ədəbiyyat haqda deyil, onun ətrafındakı qalmaqallardan danışırlar. Ya da ki, mütləq müəllifdən müsahibə götürmək istəyirlər. Mən artıq kitabı yazmışamsa, nə deyib onun haqqında əlavə şeylər söyləməliyəm? Aydındı ki, mən bu kitab haqda daha yaxşı danışaram, amma bu maraqsız olar.  Siz heç "Mən yazdığım p....r" deyən yazıçı görmüsünüz? Beləliklə, qəzetlər əsər barədə tənqidi fikirlərini bildirmək əvəzinə yazıçını reklam edirlər. Amma kitabı oxumağa iki həftə, məqalə üzərində düşünüb yazmağa da heç olmasa bir həftə vaxt lazımdı. Bu yerdə redaksiya sizə deyir ki, bu qədər vaxt itirmək olmaz. Niyə? Çünki artıq televiziyada bu barədə xəbər yayılıb. Nəticədə jurnalist intervyü (müsahibə ilə səhv salmayın! Lit.az) götürməyi üstün tutur, çünki, bu həm asandır, həm daha tez başa gəlir, həm təcili çap edilir. Amma televiziya burada da qəzeti qabaqlayacaq, onlar nəinki intervyü hazırlayacaqlar, hətta müəllifi canlı da göstərəcəkılər.

- Müasir Rusiya yazıçıları və tənqidçiləri hesab eləyirlər ki, ədəbi proses ənənəvi nəşrlərdən qəzet səhifələrinə keçib. Həqiqətən də, məhz qəzetlərin sayəsində müəllif mütəmadi və ardıcıl olaraq fikirlərini bildirmək imkanı qazanıb.

- Allahım, məni mütəmadi və ardıcıl olaraq fikir bildirməkdən hifz et. Mən nə orakulam (antik dövrdə qeybdən xəbər verən kahin-Lit.az), nə də peyğəmbər. Bir dəfə qəzetdə Borxes haqqında məqalə yazmışdım. Məqalədə göstərirdim ki, bu müəllif italyancaya düzgün tərcümə edilmir, orijinaldakı fikirlər təhrif olunur. Sonra tərcüməçi mənim səhv fikirdə olduğumu sübut edən məqalə yazdı. Bilirsiniz nə vaxt cavab yazdı? Düz bir ildən sonra. Çünki ona bütün tərcüməni yoxlamaq və hər şeyi yenidən tutuşdurmaq üçün çox vaxt lazım idi.  Bu məqalə mənə ləzzət elədi, düzgün, dəqiq və loyal yazı idi. Amma qəzetin redaktoru dedi ki, məni bu yazını təkzib etməliyəm, göstərməliyəm ki, xeyr qəzetin yazarı yanılmayıb. Və o, artıq arxayın şəkildə əllərini sürtüşdürməyə başladı, ki bəs, bir azdan əməlli-başlı disskusiya açılacaq, ən yaxşı halda qalmaqal qopacaq. Mən qəti şəkildə etiraz elədim. Məni nə ardıcıllıq, nə də mütəmadilik düşündürür. Mən auditoriyanı tərbiyə eləməyə, formalaşdırmağa can atmıram. Hər bir müəllifin bu gün bir şey, sabah başqa bir şey söyləmək, səhv eləmək və ya ümumiyyətlə susmaq hüququ var.

Söhbətləşdi: Mariya Bojoviç
Tərcümə: Lit.az

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107