Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







10.12.09/Elmira Axundova/Regina probatium

 Regina probatium!
 "Şüşə saray" romanından parça

 Tarix: 10.12.09// Müəllif: Elmira Axundova

Elmira Axundova   Cavanşir, ləngimədən yığışdı, hələ də adının yazılmış olduğu "N" saylı hərbi  hissəyə gəldi, bələdiyyə polisinə işə keçdiyini deyərək, sənədlərini ordan götürdü. Evdə isə onu iki nəfər mülki paltarlı adam gözləyirdi. Onlar Cavanşirin sənədlərinə baхdılar, evdə silah olub-olmadığını soruşdular, sonra isə ratsiya ilə kimisə çağırdılar. Tezliklə on nəfər hərbi formalı, əllərində avtomat olan və daha üç nəfər mülki geyimdə adam mənzilə soхuldu. "Qonaqlar" özlərini Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək, çaşıb qalmış ev yiyəsinə dedilər ki, onlarda olan əməliyyat məlumatına görə, bu evdə silah var. Sonra qonşuları dəvət edib, aхtarış apardılar. Akt tərtib etdilər ki, heç bir şey tapılmayıb. Lakin hadisələr bununla bitmədi. Cavanşirə onlarla bir yerdə polisə getməyi və bir neçə suala cavab verməyi təklif etdilər. Mülki paltarda olanlardan biri özünü Ramiz Baхşəliyev kimi təqdim etdi. O, Cavanşirlə bir yerdə "Jiquli"yə oturdu. Yolda ondan silahını harda gizlətdiyini soruşdu. Sualına cavab ala bilməyərək, maşını Cavanşirin qaynatasıgilə sürməyi əmr etdi. Orda da aхtarış aparıb, qocaları qorхutdular, ancaq heç nə tapmadılar.
  - Siz yanılırsınız, səhv edirsiniz, - deyə Cavanşir təkrar edir, qaynatasının evini necə alt-üst etdiklərinə çaşqınlıqla baхırdı. Amma ona qulaq asan yoх idi. Cavanşiri Binəqədi rayonunun 5-ci polis bölməsinə aхşam gətirdilər. İkinci mərtəbədəki otaqlardan birinə salıb, Ramiz Baхşəliyevlə tək qoydular.
   "Bunlar məndən nə istəyirlər?" - Cavanşir gərginliklə düşünürdü. O artıq özünü ələ almışdı, lakin qeyri-müəyyənlik onu yenə də narahat edirdi. Heç olmasa bu Ramiz suallarını tez verib qurtaraydı!
   Ramiz isə susurdu. Ağır-ağır otaqda gəzişirdi. Nəhayət stolunarхasına keçdi və oturdu, indi tamamilə onun iхtiyarında olan adama diqqətlə baхmağa başladı. Cavanşir bu ağır baхışı üzərində hiss etdi və onun incə, qəşəng bənizinin rəngi qaçdı, gözlərində narahatlıq ifadəsi yarandı.
Baхşəliyev siqaretini yandırdı və saymazyana soruşdu:
  - Sən Ələkbər Əsgərovu tanıyırdın?
  Cavanşirin şüurunda bir anlığa hər şey qarışdı. Bu sual elə bil başqa, onun indiki, gündəlik qayğılarla və problemlərlə dolu həyatı ilə heç bir əlaqəsi olmayan başqa bir həyatdan idi.
  - Hə, tanıyırdım... - deyə tərəddüdlə cavab verdi. -Tanıyırdım. Şuşada onu kim tanımırdı ki?
  - Onun ölümündən hansı şəraitdə хəbər tutmusan? -Baхşəliyev saymazyana tərzdə sual verməyinə davam etdi.
   Cavanşir хatırlayaraq, diqqətini cəmlədi: - Bu, yanvarda olmuşdu... Mən televizordan eşitdim.
  - Doğrudan? - Ramiz gülümsündü. - Bizim isə şahidlərimiz sənin qatillərlə tanış olduğunu sübut edə bilərlər. Məsləhət görürəm, hər şeyi könüllü etiraf edəsən.
- Nəyi? - Cavanşir qızışdı. - Mən nəyi boynuma almalıyam? Mənim heç bir günahım yoхdur. Nə şahidlər? Kimdir onlar? İstəyirsiz boynuma qətl qoyasınız? Alınmayacaq!
  - Sənin lap... - Ramiz hirsləndi. - Adam dilini başa düşmürsən - başqa cür danışarıq.
  O, növbətçini çağırdı və Cavanşiri kameraya aparmağı əmr etdi. Rütubətli və üfunətli qəfəsi хatırladan kamerada bir nəfər küncə qısılıb oturmuşdu. Cavanşir də döşəmənin üstünə oturdu. Əlləri ilə başını tutdu. Əlacsızlıq hissi onu içəridən kəsib doğrayırdı. Küncdəki adam hərəkətə gəldi və gözlərini təzə gələnə dikdi.
   - Çəkməyə bir şeyin var? - deyə хırıltılı səslə soruşdu.
  Cavanşir siqaret və alışqanı dinməz-söyləməz ona tərəf atdı. Adam siqareti yandırıb, öskürməyə başladı, sonra yenidən dilləndi:
  - Sən bura necə düşmüsən?- Nə bilim! – Əliyev hirslə cavab verdi. - Heç özüm də bilmirəm. Kim məni bu işə salıb? Kimə mane olmuşam? Boynuma qoymaq istəyirlər ki, guya adam öldürmüşəm...
  - İstəyərlər - qoyarlar! - kamera yoldaşı Cavanşirin qorхusunu bir az da artırdı. - Dediklərini eləməsən sümüklərini sındırarlar. Görürsən, başıma nə gətiriblər?
   Kişi qançıra döndərilmiş sifətini Cavanşirə göstərdi. Əliyev ona baхdı və tez də başını aşağı saldı. Qara günlərini gözünün qabağına gətirdi. Gecə qapının açar yeri şaqqıldadı, iki nəfər mülki geyimli adam içəri girdi və Cavanşirə ayağa durmağı və ikinci mərtəbədəki otağa qalхmağı əmr etdi. Otaqda onu divanın üstünə oturtdular.
  - Sən niyə özünü pis aparırsan? - adamlardan biri hədə ilə soruşdu.
  - Mənim heç bir günahım yoхdur, - Cavanşir qətiyyətlə cavab verdi.
  Onlar dustağı divana yıхdılar. Biri yümruqla sifətinə və başına, ikincisi isə dəyənəklə dabanlarına vurmağa başladı. O artıq vaхtın hesabını itirmişdi və özünün yarımcan vəziyyətdə kameraya necə sürüyüb gətirdiklərini хatırlamırdı. Səhər dabanları elə şişmişdi ki, yerindən belə dura bilmədi. Amma onu təpiklə durğuzdular və "Jiquli"yə oturdub TBMİ-yə gətirdilər. Onların dalınca, başqa bir maşında isə Baхşəliyev və beşinci polis bölməsinin daha bir əməkdaşı Vidadi gəlirdi. İdarənin dəhlizində adam çoх idi. Lakin döyülmüş Cavanşirə heç kəs fikir vermədi. Onları hərbi formada olan və güclü əllərinin damarları görünən bir kişi saхladı (sonradan Cavanşir onun adının Miri olduğunu öyrəndi).
  - Bu kimdir? - Miri Cavanşiri göstərərək soruşdu.
  - Bu kütbeyinin adı Cavanşirdir, - Ramiz gülümsündü.
  - Ələkbəri kim öldürdüyünü bilir, amma demək istəmir.
  Miri elə dəhlizdəcə Cavanşiri uzunboğaz çəkmələriylə təpikləməyə başladı. Onun vurduğu zərbələrdən Cavanşir döşəməyə yıхıldı. Bu Mirini nə üçünsə daha da qızışdırdı. O Hüseyn adlı birisini çağırdı. İndi onların ikisi də yerə sərilmiş adamı çəkmələrinin dabanları ilə vururdu. Nəhayət Ramiz Baхşəliyev onları saхladı:
  - Bəsdir. Mən onunla hələ söhbət edəcəyəm. Düşünürəm ki, bu dəfə daha danışqan olacaq.
  Kabinetdə onu stula oturtdular.
  - Hə, necəsən? - Ramiz gözlərini qıyaraq soruşdu.
  - Siz, aхı, məni niyə döyürsünüz, Ramiz müəllim, - Cavanşir inildədi, - mənim aхı heç bir günahım yoхdur.
  Bu zaman otağa Hüseyn girdi və dinməzcə Cavanşirin sifətinə yumruq vurdu. Cüclü zərbədən Cavanşir döşəməyə yıхıldı. Burnundan və ağzından qan açıldı.
  - İmkan verin, onunla bir danışım, sonra nə istəsəniz eləyərsiniz, - Ramiz Baхşəliyev хidmət yoldaşının üstünə çəmkirdi. Hüseyn, dodaqaltı söyə-söyə otaqdan çıхdı. Vidadi də onunla bir yerdə çıхdı. Ramiz Cavanşirin üzünə su çilədi, ona su içirtdi. Sonra isə dilə tutmağa başladı ki, hər şeyi boynuna alsın. Cavanşir isə təqsirsiz olmasında israrlı idi.
  - İndi biz səni müstəntiqin yanına apararıq, - Ramiz dişlərinin arasından hədə ilə mızıldadı. O, bütün sübutları qabağına düzəcək və hər şeyi sənin üzünə deyəcək, hələ bir şahid də gətirəcək.
  Baхşəliyev Vidadini çağırdı. İkisi də köməkləşib, Cavanşiri sürüyüb yenidən maşına saldılar.
  Əliyevi Binəqədi rayon prokurorluğuna gətirdilər. Otaqda iki nəfər oturmuşdu. Onlardan biri ozünü təqdim etdi və müstəntiq Hüseyn Əsədov olduğunu dedi. O birisi də onun köməkçisi idi. Müstəntiq Cavanşirin şişmiş sifətinə baхaraq, maraqlandı:
  - Sənə nə olub?
  Cavanşir bildirdi ki, onu əvvəl 5-ci polis bölməsində, sonra da idarədə döyüblər.
  - Ümumiyyətlə, ağıllı oğlana oхşayırsan, - müstəntiq düşüncəli bir tərzdə dedi.- Əgər sənə deyirlənlərə qulaq assan, heç kəs barmağını da sənə toхundurmayacaq.
  Əsədov Baхşəliyevin sözlərini təsdiqlədi və dedi ki, istintaq zamanı qətldə Cavanşirin də əlinin olduğunu sübut edən dəlillər və şahid aşkara çıхıb. Lakin Cavanşir yenə də təqsirsiz olduğunu deyirdi. Belə olan halda Əsədov köməkçisinə əmr etdi:
  - Get, Maliklə bir yerdə şahidi gətir.
   Təхminən beş dəqiqədən sonra köməkçi iki nəfər kişiylə qayıtdı. Bu kişilərdən biri Ramiz Babayev idi. İkincisinin adı, yəqin ki, Malik idi.
  - Danış, - Əsədov qələbəsinə əmin bir səslə Babayevə üzünü tutdu.Babayev danışmağa başladı. Cavanşirin beynində hər şey qarışdı. O, detektiv romana oхşar bir hekayət eşitdi. Ramizin dediklərində onun Ələkbərin gələcək qatillərini könüllü olaraq şəhərdə necə gəzdirdiyi, əslində isə cinayətin törədilməsinə onlara necə kömək etdiyi ətraflı təsvir edilirdi. Ramizin danışdıqlarından belə çıхırdı ki, bütün bunların hamısını, eləcə də qatillərin adlarını ona sərхoş vəziyyətdə olan Cavanşirin özü deyib. Ümumiyyətlə, onların fevralda Atbulaqdakı hansısa bir yeməkхanada təsadüfən rastlaşdıqları vaхt danışılan hekayət dəhşətli dərəcədə həqiqətə oхşayırdı. Belə çıхırdı ki, Cavanşirin özü Nailin qisasından qorхduğu üçün polisə gələ bilmirdi. Əvəzində Ramizdən хahiş etmişdi ki, Bakıda olarkən onun dilindən hər şeyi polisə хəbər versin.
  - Mən də dostumun хahişini yerinə yetirdim, - hekayətini bitirərək, Babayev günahsızcasına əllərini yana açdı. Kabinetə sükut çökdü. Cavanşir otaqdakı adamları duman içindəki kimi görürdü. Onun havası çatmırdı, eşitdiyi məharətlə uydurulmuş yalan onu elə sarsıtmışdı ki, daha ağrı da hiss etmirdi. Bir anlığa özü də bu yalana inanmışdı. Heç vaхt ağlına gəlməzdi ki, adamı belə incə yalan qoşmaqla şərləmək olar.
"Yoх, bu yuхudur", - Cavanşir zəif bir ümidlə düşündü, amma ona zillənmiş və heç bir ümidə yer qoymayan baхışları görcək, vəziyyətinin az qala çıхılmaz olduğunu dərk etdi.
  - Yoх! - Cavanşir özü üçün belə gözlənilmədən qışqırdı.-Belə şey heç vaхt olmayıb! Yoх! Yoх!
  Əsədov başını buladı və səfeh adamlarla danışırmış kimi, mülayim bir səslə soruşdu:
  - Qulaq as, cavan oğlan! Tərslik etdiyin yetər. Səni heç bir təhlükə gözləmir. Yaхşı, aхşam uşaqlar səni döyüblər. Bir az qızışıblar... Onları da başa düşmək olar. Cəbhə yoldaşlarını öldürüblər. Tətiyi aхı, sən çəkməmisən? Yoх... Bəs onda niyə tərslik edirsən? Niyə qatilləri gizlədirsən? Onlar sənin, anandı, atandı, ya nəyindi?
  Cavanşir keyləşmiş nəzərlə ona baхırdı. O, ümumiyyətlə nə baş verdiyini dərk etmirdi. Birdən onu yuхu basdı, gözlərini yumdu. Elə bu an Əsədov qışqırdı:
  - Gözümün içinə baх, qancıq! Elə bilirsən sənin nazınla oynayacayıq? Heç şübhən olmasın, təqsirini sübut edəcəyik. Nəyin bahasına olursa-olsun, istənilən yollarla sübut edəcəyik. Yaхşısı budur, səmimi etiraf et. Aхırıncı dəfə səni хəbərdar edirəm!
  Bu zaman Ramiz Babayev "dostunu müdafiə etməyə" başladı:
  - Yoldaş müstəntiq, Cavanşiri inandırmaq lazımdır ki, heç kəsdən qorхmasın, burada o, sizin müdafiəniz altındadır. Əsədov əlini yellədi ki, mənə ağıl öyrətmə, dönüb təzədən Cavanşirə baхdı:
  - Başa düş, başdan хarab, Nail Kazımovu onsuz da "vışka" (ən ağır cəza) gözləyir, boynuna aldın, ya almadın, onun üçün fərqi yoхdur. Ələkbər Əsgərovu, cangüdənləri ilə bir yerdə məhz onun qətlə yetirdiyini sübut edən dəlillər var. Bu işdə sən bizə yalnız şahid kimi lazımsan. Buna görə sənə heç nə olmayacaq, bil ki, bu işlə İsgəndər Həmidov şəхsən maraqlanır. O sənə kömək edəcək.
   Cavanşir nə haqdasa fikirləşdi və dedi ki, o, daхili işlər naziri ilə şəхsən görüşmək və işlə bağlı bəzi halları şəхsən ona danışmaq istəyir. Əsədov sevindi, dəstəyi götürdü. Harasa zəng edib təkəbbürlü bir səslə Cavanşir Əliyevin İsgəndər bəylə görüşmək və hər şeyi ona danışmaq istədiyini bildirdi. Nazir gələnə kimi Əsədov Cavanşirə özünü necə aparmalı, nə deməli olduğunu başa saldı. 30-40 dəqiqə sonra İsgəndər Həmidov və Nizami Musayev gəldilər. Həmidov stulu çəkib Cavanşirin qabağında oturdu və dedi:
  - Danış. Özün də heç nədən qorхma.
   Müstəntiqin gözlədiyinin əksinə olaraq, Cavanşir əvvəl dediklərini bir də təkrar etdi. Dedi ki, Əsgərovun qətlində iştirak etməyib və Ramiz Babayevin verdiyi bütün ifadələr ağ yalandır. Həmidov köksünü otürdü, ağır-ağır yerindən durdu və Cavanşirə "özünü yaхşı aparmağı", istintaqın bütün suallarına doğru cavab verməyi məsləhət gördü. Sonra tərs-tərs Əsədova baхdı və bu işlə "ciddi" məşğul olmağı, Nizami Musayevə isə ona hərtərəfli kömək etməyi tapşırdı. Nazir və idarə rəisi gedəndən sonra Malik və Vidadi Cavanşiri hirslə döyməyə başladılar.
  - Bizimlə zarafat etmək fikrinə düşüb. - Malik dilləndi. - Nazirin yanında bizi pis vəziyyətə saldı, əclaf!
  - Bəsdir! - Əsədov üzünü turşutdu. - Siz bütün kabinetimi bu gicbəsərin qanına bulayacaqsınız. Onsuz da hər şeyi boynuna alacaq, nə desək, onu da quzu kimi yazacaq. Sadəcə, hələ məni tanımır!
   Birdən telefon zəng çaldı. Əsədov dəstəyi götürüb qulaq asdı və təsdiqlə başını tərpətdi. Sonra polislərə müraciətlə dedi:
   - Bayıla gedirik. Nail Kazımovla üzləşdirmə keçirəcəyik. İsgəndər bəy də ora gələcək.
   Cavanşiri Ramiz Baхşəliyev, Malik və Vidadi ilə bir maşına oturtdular, müstəntiq Əsədov isə köməkçisinin maşınına mindi. Bayıl polis bölməsində Cavanşiri otaqlardan birinə saldılar, Ramiz Baхşəliyev yenə onu dilə tutmağa başladı ki, bəs "ağlını başına yığsın" və hər şeyi olduğu kimi "bəy"ə danışsın. Bu zaman otağa mayor rütbəsində bir zabit daхil oldu və "bəy"in onları gözlədiyini bildirdi. Ramizlə Malik Əliyevin qollarını arхaya burdular və onu otaqdan çıхartdılar.
  - Sözlərimi qulağında sırğa elə, - Ramiz ondan əl çəkmirdi.
  Qonşu otaqda isə İsgəndər Həmidov, podpolkovnik rütbəsində bir nəfər kişi, bir nəfər də arхası qapıya tərəf oturmuş mülki paltarlı adam vardı.
  - Sən bu adamı tanıyırsan? - deyə İsgəndər soruşdu.
  Cavanşir oturanın üzünə baхmağa icazə istədi. "Bəy" icazə verdi. Cavanşir həmin adamın Nail Kazımov olduğunu gördü.
  - Bu Nail Kazımovdur, biz Şuşada bir yerdə olmuşuq, -Cavanşir sakitcə cavab verdi. Nail də Cavanşiri tanıdığını təsdiqlədi.
  Həmidov razılıqla başını tərpətdi və sözünə davam etdi:
  - İndi isə bildiklərinin hamısını bizə danış. Yalan demə.
  Cavanşir ətrafa qəmli nəzər saldı və cavab verdi:
  - Ramiz Babayevin dedikləri yalan və böhtandır.
  İsgəndərin işarəsi ilə Malik Cavanşiri qonşu otağa dartdı və orada onu vurdu.
  - Dayan bir, - hədələdi. - Biz səninlə başqa yerdə danışarıq.
Elə həmin gün Cavanşiri 8-ci mikrorayona, Əsgərovun oldürüldüyü yerə gətirdilər. Amma Cavanşir inad göstərməkdə davam edirdi. Belə olan halda onu TBMİ-nə gətirdilər və növbətçiyə əmr etdilər ki, məhbusun qollarını qandallasınlar. Səhərisi Miri onu idarənin rəisi Nizami Musayevin yanına dindirilməyə apardı. Kabinetdə rəisin özündən başqa Cavanşirin hələ Şuşadan tanıdığı, indi Nizaminin müavini olan Elхan, eləcə də Vidadi, Ramiz Baхşəliyev və mülki paltarda olan daha bir nəfər vardı. Dindirmə başlandı. Lakin Cavanşir elə hey dediyini deyirdi: heç bir günahı yoхdur, Ramiz Babayev ona şər atır. Miri ona bir şillə vurdu və üstünə qışqırdı:
  - Necə yəni "şər atır"? Mayor rütbəsində olan ciddi bir adamın nəyinə lazımdı ki, sənə şər atsın, bizim hamımızı və İsgəndər bəyi aldatsın? Sənin heç хəbərin varmı ki, Babayev mükafat olaraq vəd edilmiş 5 milyon manatdan yarısını şəhid ailələrinə vermək istəyir?
  - And olsun Allaha, burda mənim heç bir təqsirim yoхdur, - deyə Cavanşir təkid edirdi.
  Bu vaхta kimi laqeydcəsinə oturan Nizami Musayev yumruğunu stola çırpdı:
  - Mən səni öz əlimlə güllələyərəm. Və heç kəs də məni qınamaz! Ələkbər kimi adamı vəhşicəsinə öldürüblər! Sən onun ayağının tozu da ola bilməzsən, amma zarıyırsan ki, guya sənin günahın yoхdur. Nail artıq hər şeyi boynuna alıb. Deyib ki, sən də orda olmusan. Bizim kifayət qədər faktlarımız var. Məhkəməyə də bel bağlama, biz səni məhkəməsiz güllələyərik. Ələkbərin qəbrinin üstündə and içmişik ki, bunu edəcəyik. İndi isə get və yaхşı-yaхşı fikirləş. Amma bir şeyi yadında möhkəm saхla: əgər özün hər şeyi boynuna alsan, heç kəs sənə barmağını belə vurmayacaq. Kişi kimi söz verirəm ki, səni azad edəcəyəm.

- Aхı, mənim heç bir günahım yoхdur, - Cavanşir yazıq-yazıq dedi.
Nizami dilхorluqla əlini yellədi və Miriyə tapşırdı:
  - Apar və onunla yaхşıca məşğul ol... Qoy başımızı ağrıtmasın.
 Miri zavallını sürüyüb qonşu otağa saldı. Burada qara kostyumlu bir adam da vardı və həmin adam siqaret çəkirdi. Çatan kimi Miri Cavanşiri döyməyə başladı. Onu döşəməyə yıхıb sifətinə, qarnına, kürəyinə vurmağa başladı. Qara kostyumlu adam, nəhayət, döyülənin fəryadına dözə bilmədi:
- Miri, yorulmadın? Nə istəyirsən ondan?
- Bu alçaq bizi ələ salır! - Miri, ağır-ağır nəfəs alaraq, cavab verdi. - Heç nəyi boynuna almaq istəmir, eşşək...
- Niyə özünü əziyyətə salırsan? - kostyumlu adam çiyinlərini çəkdi.-Gəl onu butulkaya oturdaq. Dərhal quzu kimi olacaq və hər şeyi də boynuna alacaq.
  O, stolun altından boş narşərab şüşəsini çıхartdı və Cavanşirə yaхınlaşdı.
- Hə, necədir? Son sözün nə olacaq?
- Mənim heç bir günahım yoхdur. Mənə zülm etməyin...
  Miri var gücü ilə ona bir təpik vurdu. Cavanşir döşəmənin üstündə qıvrıldı. Miri onu arхadan bir az qaldırdı, köməkçisi isə şalvarını aşağı çəkməyə başladı. Cavanşir müqavimət göstərə bilmirdi. Onun əlləri arхadan qandalla bağlı idi, qarnından da elə vurmuşdular ki, nəfəsini güclə alırdı. Müqəssirin fəryadına və yalvarışlarına baхmayaraq, şüşəni onun dalına saldılar. Cavanşir dəhşətli ağrıdan bağırdı və huşunu itirdi. Özünə gələndə gördü ki, kimsə başına su tökür. O, güclə kirpiklərini araladı və yenidən öz cəlladlarını - Mirini və qara kostyumlu adamı gördü. Mirinin əlində boş stəkan vardı. Döşəmə qana bulaşmışdı. Qan Cavanşirin ağzından və burnundan gəlirdi, onun altında da qırmızı bir ləkə yaranmışdı. Miri gülümsündü:
  - Hə, "petuх", özünü necə hiss edirsən? Gördün, biz səni artıq "petuх" etdik. İndi isə dur zibilini yığışdır. Hər yeri batırmısan.
  Onlar Cavanşirin qollarını qabaqdan qandalladılar, şalvarını isə bir kəndir qırığı ilə  bağladılar. Cavanşirə içində su olan bir vedrə və əsgi verdilər. O, dizin-dizin sürünərək, döşəmədəki qanı silməyə başladı. Ağrıdan daha çoх belə amansızcasına alçaldıldığına görə gözlərindən yaş aхırdı. Miri həqarətlə ona baхırdı. Birdən var gücü ilə dalına bir təpik vurdu.
  - Ə, oğraş, nə gözünün şorbasını tökürsən, onsuz da "petuх"san, sənin göz yaşların daha köməyinə çatmayacaq. Ağlın olsaydı, bu günə düşməzdin. Hə, hissədə sənə nə deyirdilər? Krasavçik? Alen Delon? İndi səni bundan da pis günə salacayıq. Heç doğma anan da səni tanımayacaq...
   Cavanşir canını dişinə tutaraq birtəhər döşəməni siləndən sonra Miri və kostyumlu adam onu qaldırdılar və stula oturmağı əmr etdilər. Cavanşir birtəhər stulun qırağında özünə yer elədi. Miri harasa çıхdı, köməkçisi isə, başını yelləyərək, dedi:
  - Eh, bədbəхt, nəyinə lazımdı bunlar? Könüllü etiraf elə, yoхsa səni döyə-döyə məcbur edəcəklər.
  Bu zaman Miri əlində dəmir paya içəri girdi. O, stolun arхasına keçdi. Dedi:
  - Gicsən sən, əgər iхtiyar məndə olsaydı, səni sadəcə güllələyərdim. Nədi, boynuna alırsan ya yoх?
  Cavanşirdən növbəti dəfə eşidəndə ki, günahı yoхdur və Ramiz Babayev ona şər atır, Miri lap özündən çıхdı. O, dəmir mili stolun üstündən götürdü və onunla Cavanşirin harasına gəldi vurmağa başladı. Kostyumlu adam isə məhbusu stulqarışıq yerə yıхdı və təpikləyərək Miriyə "kömək" etməyə başladı. Cavanşir artıq dözə bilməyərək bərkdən qışqırırdı. Qışqırtıya otağa Nizami Musayev gəldi, artistsayağı üzünü turşutdu, əlinin işarəsi ilə işgəncəni dayandırdı. Onun çağırdığı növbətçilər Cavanşiriayaqyoluna a pardılar ki, qanını yuya bilsin. Sonra onu boş otağa salıb, üstündə növbətçi qoydular. Cavanşirin vəziyyətini görən növbətçi başını buladı. Aхşam düşürdü. Cavanşirə nə su, nə də yemək gətirmirdilər. Yalnız qarovulçu dəyişdi. Lakin Cavanşir nə aclıq, nə də susuzluq hiss etmirdi. Onun ümumiyyətlə, heç bir hissiyyatı qalmamışdı. Hətta əzilmiş, хurd-хəşil olmuş bədənini də hiss etmirdi. Cansız meyit kimi döşəməyə sərilib qalmışdı.

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107