Neyratron layihəsi
Tarix: 25.12.09// Müəllif: Fərhad Məmmədov
- Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı
- Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir...
- Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.
- Görünüşü yadındadır?
- Düzdür qaranlıq olsa da, bəzi şeyləri seçə bildim...Topuğuna qədər uzanmış boz və ya (qaranlıqda ayırd etmək olmurdu) digər açıq rəngli plaş geymişdi...olduqca nimdaş idi...Başında da,...lənət şeytana həmişə o papağın adı yadımdan çıxır...o, soyuq zonalarda xidmət edən əsgərlər qışda başları nə qoyurlar...bax ondan. Bildin də, qulaqları açılıb bağlanan.
- Hə...davam elə. Sifətini seçə bildin...
- Elə mənin dəhşətə gətirən əsas məsələ də budur...Az qala balkonda bayılacağdım. Bir təhər özümü ələ aldım
- Axı nə, ürəyimiz üzmə
- Bax sənin canınçın, gözləri pişik kimi qıp-qırmızı işıldayırdı...Nə bilim, belə şeyi mən ancaq qorxulu filmlərdə görmüşəm...Ürəyim ağzıma gəldi...Əlində də dediyim kimi uzun ov tüfəngi tutmuşdu
- Hansılardan karabin, vinçester
- Əşi yox...Qoşa güllə idi...Çünki atəş açandan sonra boş gilizlərin yerə düşdüyün eşitmədim...Yəqin içində qalmışdı...Bu axı köhnə tüfənglərdə belə olur...
Adil (Post-patrul baş çavuşu), qısa, kənardan açıq görünən tağı ilə sağa doğu daranmış cod saçlı, yaşı 25-30 aralarında olan bu gənc polis nümayəndəsinin demək olar ki, sifətində elə bir təsvir ediləsi şey yox idi, standard aqressiv insan siması idi ki, belə sifət tipləri nəslərindəki çoxlu insest hallarının əmiqızı -əmioğlu nigahının təsirindən ortaya çıxa bilirdi...nəzəriyyədə...Əslində isə bir Allah bilir. Üç il bundan əvvəl orta təhsilli qulluqçu kimi həqiqi hərbi xidməti cəbhə bölgələrindən birində başa vurmuş, kiçik çavuş rütbəsini almışdır. Bir il yarım müddəti başa vurduqdan sonra yaşadığı Sumqayıt şəhərinə, qaçqınların məskunlaşdığı məhləyə, qayıtmış, bir müddət azadlıq abu-havasına alışmağa çalışmışdı...Gördüyü dəhşətli mənzərələr, avtopark naryadı üzrə həmkarı Arifin onun beş addımlığında öz beynini AKMS-lə dağıtması, hər gün eyni ağır rejim, natamam qidalanma, odun naryadı zamanı baltanın sapından çıxıb başını yarması (bəxti onda gətirmişdi ki, baltanın küt tərəfi dəymişdi) və bu kimi digər hallar onu bir həftə özünə qaytara bilmirdi...Sivil həyat ona yuxu kimi gəlirdi...Elə bil bu yuxuda yatdığına görə ehtiyatlı idi...Elə bilirdi ki, hansısa naryaddır yatıb, və indi hansısa bir mərdiməzar leytenant gəlib onu oyadacaq və hissə növbətçisinə məruzə edəcək...Amma onu hələ də oyadan olmurdu. Həftələr keçirdi...lakin onu hələ də bu uzun çəkmiş yuxudan oyadan yox idi. Təzəliycə avtosalonlardan birinə yuyucu qismində işə düzəlmişdi. Lakin elə bil o bu sivil həyata hələ də alışmamışdı...Hər şey onu qıcıqlandırırdı, tam sərbəstlik onu qorxuya salırdı...zabit görəndə tez ayağa qalxardı, çaşıb hərbi salam belə vermək istəyərdi,...artıq nə etdiyini anladıqda isə gicgahından tez-bazar təpəsinə sarı aparardı və başına sığal çəkərdi, guya saçını darayırmış kimi, zabitlər isə onun bu yaxınlarda demobilizə olduğunu anlayıb, onunla qulluq etdiyi hərbi hissə haqqında söhbət açardılar.
Həftələri artıq aylar əvəz etmişdi Adil isə hələ də uyğunlaşmamışdı...İşdən aldığı maaş isə onu (kimsəsiz olduğuna ramən) qane etmirdi...Nəhayət, özü-özünə kifayətdir deyib yenidən müddətdən artıq hərbi qulluqçu kimi hərbiyə qayıtmağı qərara aldı...Belələrinə "maxe" deyə müraciət edirlər...Çox vaxt tağım komandirinin köməkçisi vəzifəsində olsa da, bəzi hallarda zabit-gizir çatışmamazlığına görə xidmət rəisi vəzifəsinə kimi yüksələ bilir, halbuki vəzifənin adında hansısa bir xidmət rəisinin vəzifəsinin içraçısı yazılır, yada ki, vəzifəsini müvəqqəti içra edən...Həm də maxe qəşəng maaş alırdı, vəzifəsindən asılı olmayaraq, üç yüz manat, rəis vəzifəsi tutsa isə bu maaş iki qat arta bilərdi...pulsuz ev, pulsuz yemək-içmək, daha o nə istəyə bilərdi axı...Onsuz da sivil həyatda onun nə bir yaxın dostu nə də ona əl tutacaq qohumu yox idi...Maxı kimi 2-ci ilinə çatdıqda isə gözləntiləri o qədər əks effekt və frustrasiyaya səbəb olmuşdu ki, müqavilədə göstərilən axırıncı üçüncü ilə çatmasını səbirsizliklə gözləyirdi...Artıq o doğrudanda adi vətəndaş olmaq istəyirdi...hərbi onu bezdirmişdi...Axırıncı gün gəldi, bir təhər təhvil-təslimini apardı-elə istədiyi vəzifəni tuturdu-müvəqqəti əşya anbarı rəisi-bir çox şeylər həmişəki kimi hərbi dilində "belinə vuruldu" sonra canını qurtarıb...Sumqayıta deyil, Bakıya üz tutdu...Çünki onun yeni himayədarı peyda olmuşdu...Atasının əmisiqızı kimi özünü təqdim etmiş və ona baş çəkmiş, orta yaşlı, eleqant geyimli İradə xanım bu yaxınlarda, Bakı şəhər icra hakimiyyətində şöbə müdiri vəzifəsinə keçdiyini bildirmişdi...Və təsadüfən belə bir qohumunun hələ də sağ olduğunu bilib, ona mütləq əl tutacağını söz vermişdi...Hərbi hissəyə bəlkə ilk dəfə idi ki, İnfiniti markalı General Motors maşını daxil olurdu...İradə xanım, öz qəşəng tələbə qızını da gətirmişdi...Qız Adilə elə hey gülümsəyərdi...Adil birinci dəfə idi ki, ona qarşı belə bir qadın münasibəti görürdü...İçində tarazlıqlar pozulmuşdu, ölümün bir addımlığında dəfələrlə olmasına ramən ogünki kimi heç vaxt həyacan çəkməzdi. Nəhayət İradə xanım Adilə bütün göstərişlərini verdi, cibinə ikiyüz manat basıb, üzündən öpdü...Qızı isə ona əl uzadıb yenidən gülümsədi (Bəlkə də Adilin əllərinin tərli olmasından idi) və tanışlıqlarına şad olduğunu və onu Bakıda gözlədiklərini bildirdi...
Davamını yüklə
çap versiyası
poçtla göndər
© Lit.az