Yorulduğum zaman,
Yaşımla artan zaman qayğılarım
Təzə ağrılarım
qurbanlıq quzu kimi
uzatdığı an məni tabuta.
Öldüyüm zaman
qoy qoca qadınlar tutsun yasımı.
Ölüləri üçün ağlasınlar üstümdə.
Yalnız bir istəyim var qadınım:
yadındamı iki öküz kəsdik
atam öldüyündə?
ətiylə acları doydurduq,
qarışqaları çörək qırıntılarıyla
İndi mən öləcəyəm, bilirsən
itəcəyəm insanların arasından, qadınım,
Mən həmişə tox yaşadım deyə,
yasımda yalnız
acı qəhvə verərsən
Ölkəm
Öldüyüm zaman, dönsəm çayıra
Baharda çəmənlərdə bitəcəyəm,
Payızda toxuma dönəcəyəm.
Öldüyüm zaman, dönsəm suya,
Buğlu nəfəsim qalxacaq göylərə
Yağışım düşəcək
çöllərə.
Öldüyüm zaman dönsəm daşa
ölkəmin sərhədinə düşsəm,
Bir də
sərhəd daşı ola bilsəm.
Dağ ziyafəti
Qan töküldü bu gün.
İki güllə çaxdı bir adam.
Baltanın başı qalxdı havaya
Öküzün başı kəsildi
Düşdü dərənin yanında.
Bu gün ziyafət olacaq!
Qan töküldü bu gün.
vəhşiləşən adamların ehtirasları
ətin qoxusuna qarışdı
alovun üstündə.
Od qovuran yarpaqlar düşdü,
öldü stolların ağ üzündə.
Gecə.
Təpədəki məzarlarda
təzə torpaq,
yeni ay.
Qan qoxusu duyub dağlarda
Qurdlar enir dərələrə
Dərələrdə qal laxtası
lay-lay