Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







18.01.10/Xuan Karlos Onetti/Sağalma

Xuan Karlos Onetti. Sağalma

Tarix: 18.01.10// Tərcümə: Nəriman Əbdülrəhmanlı

Xuan Karlos Onetti

    Günortaya yaxın adətən yüngül təmas - yalnız kişi pəncəsindən qopan qumun yumşaq qıdını hiss eləyirdim. Yarıyuxulu halda onun gövdəsinin kölgəsində tənbəl-tənbəl gərnəşirdim, gözlərimi gülümsəyən sifətində sürüşdürə-sürüşdürə çevrilirdim. Adəti üzrə o, soyunub çimərlik tumanını geyinirdi. Bu kişinin kəskin cizgili üzü həmşə təbəssümlü, amma anlaşılmaz qalırdı. Həmin ifadə mənə hansısa naməlum heyvanın üzünü həddən artıq xatırladırdı.
    Yalnız aprelin sonunda, artıq bundan çox-çox uzaqlarda olanda, tez-tez dəyişən payız gələndə qəfildən başa düşdüm ki, onun üzü şən-şaqraq balaca meymun üzünə oxşayırmış.
   Mən ot basmış çöçəklikdən uzanıb nə oteli, nə qayaları görə bilərdim. Çimərlik ətrafında qurtaracağı bərk-bərk üfüqə söykənən qəribə bir üçbucağa qədər kiçildi.
   Bir dəfə səhər dəniz rəngini dəyişdi, tutqunlaşdı, qəfl qalxan dalğalar qumun üstünə qaçışdılar. Üç qız arın-arxayın sahildə gəzişirdilər. Mənə yalnız onların uzaqdakı, qayalı burundakı dan yeri dalğalarının melodiyasını xatırladan cingiltili, təmiz, bir dəqiqə də kəsilməyən gülüşləri gəlib çatırdı.
   Dan yeri ağaranda müəyyən saatlarda dalğaların bu musiqisi həmişə eşidilirdi. Harda olsam da, o dalğaların narahat, qaçılmaz varlığını hiss eləyirdim - elə bil, qızışmış cins atlar dan yerinin alatoranında qumlu sahillə dördnala çapırdılar… Qızların çimərlik paltarlarının gülləri yandırıcı günəşin şüaları altında soyuq, qondarma görünürdü. Yan tərəflərdə gedən iki qız tünd-göy çimərlik paltarındaydılar, onlardan ən ucaboylusu göy şalvarlı, ağ qısa köynəkli qızsa, yayxana-yayxana yeriyirdi, hərdənbir irəli cumurdu, onların gəlib çatmalarını gözləyirdi.
   Mən bu qızlara parlaq-sarı, hətta narıncı, yaxud tünd-qırmızı paltar geyindirərdim. Amma sonra başa düşdüm ki, çimərlik paltarlarının tünd-maviliyi, köynəyin ağlığı dənizin rənginə uyğun gəlir, onunla sirri səhər tezdən yalnız lap gənc varlıqlara açılan anlaşılmaz dostyana ünsiyyətə girir. Ucadan gülə-gülə irəi gedəndə, günəş onların yalın ayaqlarından tökülən su damcılarında bərq vuranda, yaxınlıqdasa mehriban dalğalar sakit-sakit çırpınanda qızları yenidən gördüm; hərəkətləri çimərlik paltarlarının rəng ahəngərinə yaman uyğun gəlirdi.
   Lap yaxında, alman kafesinin yanında qurulmuş çadırdan yad kişi səsi aydın eşidilirdi. Səs-küylü qurultu, sirli qadın səsi onun səsinə səs verirdi. Qəhqəhə partlayışlarının arasında çığırtı: "Küdmə, buramı gün də görməyib!".
   Mən tənhalıqdan səhər saat onacan ləzzət ala biirdim, Yulğun kolluğunun arasından keçən əyri-üyrü sığırla addım səsləri yaxınlaşırdı, bu vaxt mən sakson səsləri eşitdim. Cütlük mənim sağ tərəfimdə peyda oldu, iri, güllü günlüyü bərkidib çimərlikdə yerləşdilər. Saçları xurmayımı olan, yoxsa ağarmağamı başlamış idmançı bədənli kişi daim gülümsəyir, sanki deyirdi: "Günəş, hava, çimərlik - füsunkar səhərdi, elə deyilmi?" Onun yüngül gülüşü adətən cavabı tələb olunmayan suallarla yekunlaşırdı. Qadın cavab vermirdi. O, uşağı soyundurur, sonra həvəsə gətirməyə çalışırdı ki, arxasınca qaçsın, yaxud da sürünsün. Əynində elə çimərlik paltarının üstündən geyindiyi qısa ağ tuman vardı, qara eynək taxmışdı.
   Qadın adəti üzrə əllərini arxasına qoyub çimərliyi qətiyyətlə keçərək dənizə sarı gedirdi. Hiss olunurdu ki, o, dəniz stixiyasına sonsuz inam bəsləyir. Düz, yaraşıqlı qəddi-qamətli qadın dənizlə salamlaşmaq və ehtiramını bildirmək üçün həmişə suyun lap kənarında ayaq saxlayırdı.
   Bu dəfə kişi qısa ağ tumanlı qadını səslədi: "Tuka!" Günorta yaxınlaşırdı, qağayılar onun adını eşidib tanıdıqlarını bildirə-bildirə, çimərliyin bu boş guşəsini qulaqbatırıcı çığırtılarla doldura-doldura havada dövrə vurdular.
   Kürəyimin daha yaxşı yanması üçün üzü üstə çevrilmək vaxtı gələndə, nəzərərimi ətrafda gəzdirib müəyyən müddətə çimərliklə vidalaşırdım. Naməlum yeni, hökmlü müdriklik indi bədənimə hakim kəsilir, mən onun labüdlüyünə tabe olurdum. Üzümü əllərimin çarpazında gizlədib hərəkətsiz uzananda, qəfildən qarışqalar səltənətinə, quru, saralmış otlar arasına düşürdüm. Amma sonadək həşaratların fəallığının mahiyyətinə, onların məqsədsiz ora-bura qaçmalarının, elə heç nəsə axtardıqlarının mənasına vara bilmədim. Qarışqalara gülümsünürdüm, qumm dənələrinin onları nəsə örtmələrini, onlarınsa inadlı səydən sonra təzəbən necə üzə çıxdıqlarını, dirildiklərini müşahidə eləyə-eləyə yüngülcə qummu üfürürdüm.
   Böyrümdəsə gözlənilməz qüvvəylə zəif, aciz insan səslərini uda-uda dəniz dalğalanır, köpüklənirdi - bütün bunlar da məndə dəniz çimərliyi duyğusu oyadırdı. Budu, günəş çiyinlərimi, kürəyimi dözülməz dərəcədə yandıranda qəfildən hardansa kölgə peyda oldu.
- Yatırdınız?
   Salamlaşmaq üçün başını qaldırdım, yanağıma qumm dənələri yapışmışdı… Axşam, toranlığın düşməsiylə müntəzəm çimərlik qonşumun üzünü unudurdum. Və o üzü səhər təzədən tanıyırdım. Sözlərinin kəsiyini uzadan təbəssüm elə bil, lap indicə onu həmişə yadda saxlamağa imkan verən işarə verib bu qəribə üzün sirrini açacaqdı.
- Hə, bu gün kefiniz necədir?
   Özümü yaxşı hiss eləyrdim, amma onun yaxınlaşmasayla əhvalım bir qədər pozulurdu. Çünki mən bu kişini başqa aləmin elçisi sayırdım, bu aləm haqqında xatirələr məndə həyəcan oyadırdı. Necə olsa da, bir an yetişdi, yanımda uzanmış kişi dirsəklərinə dayaqlanıb dikəldi, uyuşmuş ayaqlarını havada tərpədə-tərpədə, yaltaqcasına, əvvəlki təbəssümüylə dilləndi:
- Bilirsiniz, bugünkü məktubunda o mənə nə yazır?
- Kim, Eduardo? Gündə bir məktub yazır? Hərdən mənə elə gəlir, onları uydurursunuz…
- Baxmaq istəmirsiniz? Uzaqdan, əlbəttə… Axı, o məktubların hamısı sizin barənizdə deyil.
- Yox, hətta uzaqdan baxmaq da istəmirəm. Daha necə izah eləyim ki, nəhayət, başa düşəsiniz? Mən kimsə barədə heç nə bilmək istəmirəm. Bu dünyadakı hər kimsə barədə - istər kişi olsun, istər qadın. Məndən ötrü daha çox nə mövcud deyil - yalnız mən, bir də çimərlik.
- Təşəkkür eləyirəm.
- Elə sizin özünüz də əslində, məndən ötrü yoxsunuz - yalnız bu çimərliyin bir parçasısınız, vəssəlam.
- Nolar ki… Amma niyə siz ona cavab verməyəsiniz, axı?
- Bacarmaram. Görürsünüz ki, xoşbəxtəm. Edoardoya deməyə sözün yoxdu.
   Kişi kinayəylə gülümsünüb susdu. Amma çimərlikdən getməmiqdən qabaq yenə elə o sözünün üstünə qayıtdı:
- Əlbəttə, Edoardo ağıllı adamdı, hər şeyi başa düşür. Amma indi siz yaxşılaşmısınız. Qayıtmaq vaxtıdı. Əgər cürbəcür bəhanələr uydurmağa hazırlaşırsınızsa…
   Vidalaşanda ona əlimi yelləyib təzədən qumun üstündə uzandım.
Yalnız bir dəfə səhər, güllü günlük vaxtında qabaq qurulanda, təsadüfən qısa ağ tumanlı qadının sirri məndən ötrü açıldı. Həmişə olduğu kimi o, əllərini arxasında tutub düz dənizə doğru gedirdi. Belə erkən bir vaxtda çimərikdə kimsənin olmadığına əmin halda qadın vərdiş elədiyi mərasimdən əl çəkdi: onun ayaqlarını gah açıb, gah büküb dənizin sığal çəkməsinə necə imkan verdiyini gördüm… Uşaq anasının kəskin hərəkətlərinə baxa-baxa qəribə tərzdə çaşqın vəziyyətdə iki əli, iki ayağı üstündə donub qaldı. Mən dəniz xərçənglərinin qarmaqarışıq davranışını xatırladan bu gah qırıq-qırıq, gah sürüşkən hərəkətlərin dəniz təbiətini hiss elədim. Aradabir onun ayaqları gün işığında bərq vura-vura çırpınan balıq kimi havanı yüngül təmaslarla mehribancasına sığallaya-sığallaya azacıq bükülüb qalırdı. Dəniz dalğalana-dalğalana onu qucaqlayırdı, yüngül köpük yuxarı dırmaşıb səs-küylə ayaqlarının altına sərilirdi - elə bil, səni iyləyib dərhal sakitləşən hansısa vəhşi heyvanın xırıltılı nəriltisi kəsilirdi.
   Xatırlayıram ki, həmin gündən bu zəif, köməksiz qadın ayaqlarının hərəkəti məndə sonsuz riqqət doğururdu.
   Nə vaxtsa, mən artıq bu sərbəstliyi, erkən səhər günəşi altındakı qumlu çimərliyin sərbəstlik duyğusunu qabaqcadan hiss eləyirdim.
   İndi bu duyğu qəlbimi doldururdu, əgər kimsə, gözəgörünməz bir adam bütün qandallarımı açmağı bacarsaydı. Mənə elə gəlir ki, guya çox-çox uzaq zamanlara - hələ insan yaşamayan torpağa, ilk qəbilələrin və ilk allahların dövrünə köçmüşəm.
   Sahillə üfüq arasında asta-asta gəmi üzürdü. Quşun ağacı necə dimdiklədiyi eşidilirdi. Həmin o axırıncı səhər kişi dilləndi:
- Salam! Sizi oyatdım? Bəs, belə gözəl, dəyərli senyorita… Məsələ burasındadır ki… bugünkü məktub ultimatumdu, mənim əzizim. Təxirəsalınmaz. Gündüz saat birəcən Edoardo sizin zənginizi gözləyir, beləliklə, qərara gəlin. Bu soldakı bulubları görürsünüz? Tufan başlayır. Qoca dəniz canavarına inanın. Cəmi yarım saat vaxtımız var. İnanıram ki, sonra tövbə eləyəcəksiniz: axı, artıq sağlamsınız. Bir gün tez, bir gün gec, onsuz da qayıdacaqsınız. Hə, necədi, qərara aldıq? Baxın, artıq otelin üzərində ildırım çaxır, sizə soyuqlamaq olmaz.
   Kişi həmişəki kimi təbəssümlə qalxıb yaxınlaşan buludlara baxdı. Getməmişdən qabaq bir daha gülümsədi və həmin an onun sifətində bədxah kinayədən və açıq-aşkar nifrətdən başqa heç nə yox idi. O əminiydi ki, Edoardoya zəng vuracağam.
   Az sonra xalatımı çiynimə atıb qalxdım. Qaralmış səmaya necə uzun-uzadı baxdığım yadımdadı, sonra çimərliyə göz gəzdirdim. Nəzərlərim dənizə zilləndi - dəniz də bu diqqətli baxışa tab gətirdi - sahildəki islaq qumm zolağına, oğluyla oynayan ağ tumanlı qadına, uzaqdakı çəmənliklərə toxuldu… Bütün bunlar, bu dəfə qədim və ədəbi, təravətlə və təbii saflıqla nəfəs alan şeylər günü-gündən mənə hopur, həyatverici mahiyyətiylə bədənimi doldururdu.
   Artıq oteldə, nömrə cavab verənəcən telefon budkasında gözləyə-gözləyə şimşək gurultularını, rəncərənin şüşəsiylə sel kimi yağan yağışın səsini eşidirdim. "Alo, alo… Hə! Kim? Alo…" təkrar eləyən Edoardonun uzaq səsi eşidildi. Edoardonun səsinə qulaq asa-asa, üzünü təsəvvürümdə canlandıra-canlandıra qəfildən şəhər səs-küyünün, keçmişimin, əzab-əziyyətlərimin. İnsan həyatının mənasızlığı hissinin yenidən mənə necə qayığdığını hiss elədim.
   Artıq stansiyaya gedən yolda, maşında, hər tərəfdən çamadanlarla sıxılmış halda özümünküləşdirdiyim həmin çimərlik parçasını axırıncı dəfə görmək üçün geri çevrildim. Qumlu sahil, parlaq, adi rənglər, tam xoşbəxtlik hissi - indi bunların hamısını çirkli, köpüklənən su basmışdı. Qəfildən üzümün necə sürətlə qosaldığını, gözgörəti dəyişdiyini, xəstəlik ağrılarınınsa bədənimə qayıtdığını duydum.

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107