Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...


Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Vidadi Babanlı. Varlıların çap etdirdiklərinin ədəbiyyata nə dəxli var?

Vidadi Babanlı- Yaradıcılığınızda hansı yeniliklər var?
- Yenicə bir roman bitirmişəm. Roman “Qəribə məhəbbət” adlanır. Əsərdə sevənlər yaş etibarı ilə cavan deyillər, yaşlı insanlardır. Əsərin qəhrəmanları arasında yaşanan qəribə sevgidir. Romanı kitab halında çap etdirmək fikrindəyəm. Həm də “Azərbaycan” jurnalında çap olunacaq. Bundan başqa, “Sınmış inam” adlı pyes yazmışam, bu mövsümdə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulacaq. Çoxlu şeirlər də yazmışam.
- Yenidən şeir yazmağa səbəb nə oldu?
- Yaradıcılığa şeirlə başlamışam. Sonra haradasa 35 il şeir yaradıcılığından aralı düşdüm. 1989-cu ildən sonra ictimai təlatümlər, həyəcanlar, dərdlər, qayğılar, keçiridiyimiz stresslər məni yenidən şeirə qaytardı. Çünki nəsr uzun vaxt tələb edir, nəsr əsərini bir neçə aya, bir neçə ilə yazırsan. Amma şeir belədir ki, bədahətən gəlir, ictimaiyyətə daha tez çatdırırsan. Mənim Qarabağla, 20 yanvarla bağlı çoxlu şeirlərim var. Daxilən həmişə narahatam və bu səbəbdən bu cür mövzulara tez-tez qayıdıram.
- şeirlərinizdən ibarət kitab çap etdirmək fikriniz varmı?
- Indiyədək cəmi iki şeir kitabım çap olunub. Bu da azdır. şeirlərim çoxdur, elə maraqlananlar da. Indi şeirlərimi çapa hazırlayıram, gələn il kitab çap etdirmək niyyətim var.
- Ictimai məzmunlu “Ana intiqamı” povestiniz sonradan pyesə çevrildi. Eyni mövzuya müraciət etməyinizə səbəb nə oldu?
- Povest “Səhər” qəzetində hissə-hissə çap olunandan sonra Leyla xanım Bədirbəyli onu oxuyub bəyənmişdi. Teatrın o vaxtkı bədii rəhbəri Həsənağa Turabova bildirib ki, həmin ana obrazını oynamaq istəyirəm. Həsənağa Turabov povesti oxuduqdan sonra mənə povestin əsasında pyes yazmağı təklif etdi. Mən yazdım və Leyla Bədirbəyli baş rolda, ana rolunda oynadı. O vaxt bu əsərə xeyli tamaşaçı baxa bildi.
- Sonuncu nəsr əsəriniz olan “Gizlinlər” romanının mövzusu nədir?
- Keçən il çap etdirdiyim “Gizlinlər” romanında bizim yaradıcı ziyalıların həyatı, özüm qarışıq, əks olunub. Sovet dövrünün ədəbi-ictimai mühiti əks olunub, əsərdə o dövrdə ən görkəmli yazıçılar, şairlər haqqında söhbətlər var, ictimai-ədəbi mühitlə bağlı maraqlı məqamlar var.
- Bu gün çap problemi yazıçılar üçün böyük problemdir. Siz necə, problemlə üzləşirsinizmi? Kitablarınızı özünüz maliyyələşdirirsiniz, yoxsa, kömək edən olur?
- Bu gün yazıçılarımızın ən böyük problemi doğrudan da nəşr problemidir. Əsəri yazandan sonra oturub fikirləşirsən ki, mən bu kitabı necə nəşr etdirəcəyəm? Elə bir zamandayıq ki, dövlət məmurlarını da bu problem düşündürmür. Indi kitab çıxarmaq çox çətindir, indi dövlət qarışmır, yazıçı öz gücünə kitabını çap etdirməlidir. Bu da böyük çətinliklər törədir. Əsl yazıçılar maddi cəhətdən çox böyük ehtiyac içindədirlər, imkanları yoxdur. O pullular, varlılar var, onların çap etdirdiklərinin də ədəbiyyata dəxli yoxdur. Hamısı cəfəngiyyatdır.
- Demək, nəşriyyat məsələsinə dövlət baxmalıdır?
- Nəşriyyat məsələsinə dövlət bir daha baxmalıdır. Həm də aydın olmalıdır ki, kim nəşr ola bilər. Xaricdə yazıçı əsərini yazıb gətirir naşirə, naşir oxuyur və əgər əsərin bədii cəhətdən gözəl olduğunu görürsə, satılacağına əmindirsə, müəlliflə müqavilə bağlayıb çap edir, müəllif də kitabının çap edilməsi üçün pul tapmaq barədə fikirləşmir, hətta satışı da naşir təşkil edir. Amma bizdə necədir? Həm pulunu verib çap etdirirsən, həm də sonra kitabları qoltuğuna verirlər ki, apar sat. Belə şey olmaz axı. Bu, əsl yazıçılar, həqiqi yazıçılar üçün çox əskiklikdir, hara getsin, kimə versin kitabı? Bu, qürura, mənəviyyata sığışmayan bir haldır. Ziyalılar bu gün belə halla üzləşiblər. Bu məsələ gündəmə gəlməlidir. Yazıçıya dövlət qayğısı olmalıdır, ziyalılara bu sahədə kömək olmalıdır. Çünki ziyalı cəmiyyətin aparıcı qüvvəsidir. Onlar yaxşı yaşamalıdırlar, onların həyati problemləri olmamalıdır.
- Azərbaycan Yazıçılar Birliyi sizə diqqət göstərirmi?
- Bir az narazıyam Yazıçılar Ittifaqından, getmirəm ora. On ildən çoxdur ayaq basmıram, rəhbərliyinin işlərindən narazıyam. Onlar yeri gələndə, tapdalayırlar haqqımı, ədəbiyyata dəxli olmayan adamlara isə qayğı göstərirlər. Münasibət korlayır hər şeyi, münasibətlə iş görmək olmaz. Ədəbi mühitdə münasibət arxa plana keçməlidir, yaradıcılıq ön planda olmalıdır və ziyalıya yaradıcılığına görə qiymət verilməlidir.
- Unudulmaqdan qorxursunuzmu?
- Adamlar arasında çox oluram, görürəm ki, hamı məni tanıyır. Hətta ucqar rayonlarda olanda belə, məni tanıyırlar, yaradıcılığımla maraqlanırlar. Ona görə, unudulmaqdan qorxmuram, əminəm ki unudulmayacam, yad edəcəklər məni. Xüsusən “Vicdan susanda” əsəri heç zaman unudulmayacaq.
- Indi müəllifi yaşadacaq, yaddaşlarda qalacaq əsərlər yaranmır...
- Vaxt gələcək, yaradılacaq, möhlət lazımdır. Əsl əsərlər sonradan yaranır, bir az ona məsafə lazımdır.
- Azərbaycan ziyalısı oxucu problemini necə həll etməlidir?
- Oxucu problemi var. Bir az əvvəl bundan daha çox narahat idik ki, oxucunu tamam itirmişik. Amma son vaxtlar görürəm ki, əsl kitab sevərlər yenə də kitab həvəsindədirlər, yenə də oxuyurlar, mütaliə edirlər. Amma miqdar çox azalıb, əvvəl kitablarımız yüz min, əlli min tirajla çap edilirdisə, indi cəmi min, beş yüz tirajla çap edilir. Bu da iqtisadi imkandan asılı məsələdir, həm yazıçı maddi imkansızlıqdan kitabını az tirajla çap etdirir, həm də oxucunun imkanı olmur ki, o kitabı alsın.
- Belə çoxmu davam edər?
- Yox, düşünürəm ki, düzələr. Çünki belə ola bilməz. Biz bu cür eləsək, gəncliyin mənəviyyatı tamam pozular. Ədəbiyyat birinci növbədə mənəviyyata qulluq edir, xidmət edir. Xalqın mənəviyyatı pozularsa, onda xalq öz xalqlığında qalmır, hər şeyini itirir, ona görə də xalqın özünü saxlaması üçün ədəbiyyatı, mədəniyyəti, elmi inkişafda olmalıdır.
- Azərbaycan ədəbiyyatında inkişaf varmı?
- Ədəbiyyatımızda durğunluq var, amma o demək deyil ki, ədəbiyyat tam yerində dayanıb. Yox, əsərlər yazılır, amma maddi imkansızlıqdan hələ oxucularına çata bilmir.

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107