Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Əlirza Balayev.

Dəvə, yoxsa buraz?

© Əlirza Balayev. Dəvə, yoxsa buraz?

Əlirza Balayev      Qurandan جمل sözünün oxunuşu, mənası və tərcüməsi haqqında

     Klassik Şərq, o cümlədən Azərbaycan poeziyasının bir özünəməxsusluğu da ondadır ki, müqəddəs kitabımız Qurani-kərimə, Məhəmməd peyğəmbərin hədislərinə, dini rəvayətlərə istinad etmədən anlaşılması, şərh olunması qeyri-mümkündür. Xaqani, Nizami, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli, Seyid Əzim Şirvani və klassik poeziyamızın digər nümayəndələrinin yaradıcılığı buna misal ola bilər. Xüsusilə Nəsimi divanında çətin ki, Quranın hansısa bir ayəsinə isnad olunmamış bir qəzəl tapmaq mümkün olsun. Beləliklə də, klassik poeziya mütəxəssisi, oxucusu islam dininin mənbələri ilə tanış olmaq məqsədi güdməsə belə, klassik poeziya vasitəsilə onlar haqqında müəyyən məlumat almaq məcburiyyətində qalır.
    Mənim mənsub olduğum filoloqlar nəsli də dini mənbələrlə tanış olmaq imkanına malik olmadığı dövrdə klassik poeziyanın tədrisi zamanı onlar haqqında müəyyən məlumat alırdı. Mir Cəlal, Kamil Mirbağırov, Əli fəhmi kimi klassik ədəbiyyat biliciləri bizə oxuduqları mühazirələrdə, apardıqları xüsusi kurslarda və söhbətlərdə ayrı-ayrı şairlərin beytlərini dini mənbələrə əsaslanmaqla izah edirdilər. Oxuculara təqdim etdiyim bu yazı da Füzulinin bir beytinin şərhi ilə bağlı həmin tələbəlik illərində məndə doğan tərəddüdün uzun illər ərzində aydınlaşması ilə əlaqədardır.
     Füzulinin

    Bu qəmlər ki mənim vardır bəirin başına qoysan,
     Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar –

beytinin şərhi belə idi: şair burada Qurandakı bir ayədən istifadə etmişdir. Həmin ayədə deyilir ki, dəvə iynənin gözündən keçənə qədər kafirlər cəhənnəmdə qalacaqlar; dəvə isə heç vaxt iynənin gözündən keçə bilməyəcəyinə görə cəhənnəm onların əbədi məskənidir. Lakin şairin qəm yükü o dərəcədə ağırdır ki, əgər bəirə (“bəir” ərəb dilində “dəvə” sözünün çoxlu sinonimlərindən biridir) yüklənsə, dəvə elə vəziyyətə düşər ki, iynənin gözündən keçər və əzab əhli olan kafirlər də cəhənnəmdən xilas olub sevinərlər.
    Ayədə obrazlılıq vardır. Lakin elə Şərq poeziyasının timsalında öyrənmişdik ki, hər hansı məcaz əşya və hadisələrin şüurda təsəvvür edilə bilən qarşılıqlı əlaqələri nəticəsində yaranmış olur. Belə olan halda, iynə gözü hara, dəvə hara?! Sonralar Quranın müxtəlif mətnləri ilə tanış olduqca həmin ayəyə (əl-Əraf surəsinin 40-cı ayəsi) diqqət yetirirdim. Q. S. Sablukovda: “Истинно, для тъехъ, которые считають наши знаменiя ложными и величаются надъ ними, – для тъехъ не отверзутся врата небесныя: они тогда только войдутъ въ рай, когда верблюдъ пройдетъ въ игольныя уши. Так воздаемъ Мы законопрезрителямъ..” İ. Y. Kraçkovskidə: “Поистине, те, которые считали ложью Наши знамения и превозносились над ними, не откроются им врата неба, и не войдут они в рай, пока не войдет верблюд в игольное ухо. Так воздаем Мы грешникам!” V. Poroxovada:

"Пред теми, кто знаменья Наши ложными считает И величается над ними,
Врата небесные не отворятся,
И в Рай им не войти, Пока верблюд через игольное ушко не протеснится:
Так воздаем Мы нечестивым.

    Rus dilində olduğu kimi, Quranın Azərbaycan dilinə tərcümələrində də ayə eynilə belədir. M. H. Mövlazadədə: “Ayələrimizi təkzib edən, Qurana iman gətirməyərək, təkəbbürlük edən kəslər üçün səmanın qapıları açılmaz. Dəvə iynənin gözündən keçməyincə onlar cənnətə daxil olmazlar. Yəni dəvə iynənin gözündən keçə bilmədiyi kimi onlar da cənnətə daxil olmazlar. Biz günahkarlara cənnətə daxil etməməklə belə əzab veririk.” Z. Bünyadov, V. Məmməmdəliyevdə: “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!” Ayəyə Z. Bünyadov belə bir şərh də vermişdir: “Müqayisə et: İncil, Matvey, XIX, 24; Luka, XVIII, 25; Mark, X, 25 – “Dəvə iynənin gözündən daha rahat keçə bilər, nəinki dövlətli Cənnətə.” N. Qasımoğluda: “Ayələrimizi dananların, təkəbbürluk edənlərin üzünə açılmaz səmanın qapıları, iynə deşiyindən dəvə keçməyincə cənnətə də girməz onlar. Beləcə cəzalandırırıq günah işlədənləri.” M. Qəni oğlu, T. Bilal oğlunda: ” Həqiqətən, Bizim ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar üçün səma qapıları açılmaz və dəvə iynə gözündən keçməyincə onlar cənnətə girə bilməzlər. Günahkarları Biz beləcə cəzalandırırıq.”
    Quranın türk dilinə tərcümələri ilə tanış olmağa başlayanda da əsasən Quranın rus və Azərbaycan dillərinə tərcüməsində olduğu kimi, ayədəki sözün “dəvə” kimi tərcümə edildiyinin şahidi oldum. Misal üçün, Yaşar Kutluay və Asim Köksalın tərcüməsində: “Doğrusu ayetlerimizi yalan sayıp, onlara karşı büyüklük taslayanlara, goğün kapıları açılmaz; deve iğnenin deliğinden geçmedikce cennete de giremezler. Suçluları böyle cezalandırırız” və s. Lakin bəzi tərcümələrdə fərqli yanaşmalarla qarşılaşdım. Məsələn, Ali Özekin (Hayreddin Karaman, Ali Turğut, Mustafa Çağırıcı, İbrahim Kafi Dönməz, Sadreddin Gümüşlə birlikdə) tərcüməsində ayədəki söz “dəvə” kimi tərcümə edilmiş (“Bizim ayetlerimizi yalanlayıp da onlara karşı kibirlenmek isteyenlər var ya, işte onlara gök kapıları açılmayacak ve onlar, deve igne deliğine girinceye kadar cennete giremeyeceklərdir! Suçluları işte böyle cezalandırırız”), amma sonra belə izahat əlavə olunmuşdur: “Bu ayetteki “el-Cemel” kelimesini meşhur olmayan kıraat şekillerine dayanarak Kurandaki edebi tasvire uygun düşmediğini, deve ile igne deliği arasında bir münasebet bulunmadığını ileri sürenler vardır. Bunun için kelimenin diğer kıraattaki “kalın ip” yani, halat manasını tercih ederler. Ancak biz, umumun kıraatını göz önüne alarak “deve” manasını tercih ettik. Devenin, iğne deliginden geçmesi, imkansızlık bildirir. Manası, onlar asla cennete giremezler ve ya çok zor girerler, demektir.” Bu izahatda ağlabatan heç nə yoxdur. “Halat”ın, yəni burazın iynə dəliyindən keçməsi imkansızlıq bildirmirmi? “Çoxluğun fikrini nəzərə alaraq “dəvə” mənasını seçdik” mülahizəsi də elmi məntiqlə bir araya sığmır. “Çoxluğun fikri ilə” çoxluğun fikri olduğuna görə razılaşmaq nə vaxtdan elmi yanaşma üsulu olub? Bu sözün bəziləri tərəfindən nəyə görə “kalın ip” tərcümə edilməsinə heç bir aydınlıq gətirilməməsi də məsələyə səthi yanaşıldığına (altı nəfərdən ibarət tərcüməçi qrupu tərəfindən) dəlalət edirdi.
    Süleyman Atəşin tərcümələrində daha maraqlı məqamlarla rastlaşdım. Qeyd edim ki, onun tərcüməsi Türkiyədə iyirmi dəfədən çox nəşr olunmuşdur. Əvvəlki nəşrlərdə o, ayədəki sözü “halat” (buraz) kimi tərcümə edərək (“Bizim ayetlerimizi yalanlayan ve onlara inanmağa tenezzül etmeyenlər var ya, işte onlara gök kapıları açılmayacak ve halat igne deliğinden keçinceye kadar onlar cennete giremeyeceklərdir! İşte suçluları böyle cezalandırırız” ), belə izah vermişdir: “Bazi müfessirler, ayetteki el-cemel kelimesini deve diye tefsir edip, “deve iğne deliğinden geçinceye kadar...” diye mana verirler. Fakat Kurandaki edebi tasviri ve ondaki sahne cüzlerinin nasıl bir bütün teşkil ettiğini inceleyenler, deve ile iğne arasında bir bağlantı görmezler. Ama kelimenin diğer anlamı olan kalın ip, yani halat manası alınırsa, halat ile iğne deliği arasında ince bir uyumun varlığını görürler. Bu bakımından biz, bu anlamı tercih ettik.”
    Sonrakı nəşrlərdə Süleyman Atəş əvvəlki tərcüməsindən imtina edərək, “dəvə” sözünü işlətmiş (“Bizim ayetlerimizi yalanlayan ve onlara inanmağa tenezzül etmeyenlər var ya, işte onlara gök kapıları açılmayacak ve deve igne deliğinden keçinceye kadar onlar cennete giremeyeceklərdir! İşte suçluları böyle cezalandırırız”), səbəbini də belə izah etmişdir: “Daha önceki baskılarda ayetin arapca aslındaki el-Cemel kelimesini İbni Abbasın tefsirine dayanarak el-Cümmel (halat) diye tercüme etmiştik. İğne deliği ile halat arasındaki ilgi bu manayı tercih edişimize sebep olmuştur. (Kursiv bizimdir – müəllif). Fakat sonradan İncilde de: “ Deve iğne deliğinden geçinceye kadar, yalanlayıcıların gök kapılarından geçemeyecekleri” mealinde bir ayetin bulunduğunu görünce cumhurun benimsediği manaya dönmeyi gerekli gördük.” Süleyman Atəşin qənaətinə görə, əgər İncildəki ayədə də dəvənin iynənin gözündən keçməsindən bəhs olunursa, deməli, Qurandakı eyni yazılış şəklinə (جمل) malik sözün də “cəməl” (dəvə), yaxud “cümməl” (buraz) kimi oxunması üstündəki mübahisəyə son qoymaq olar. Görünür, Z. Bünyadov da V. Məmmədəliyevlə birlikdə tərcümə etdiyi Quran mətninə yazdığı şərhlərdə “dəvə” sözü ilə əlaqədar doğa biləcək sualı qabaqlayaraq, İncildə də müvafiq ayədə dəvədən bəhs olunduğunu qəsdən oxucuların nəzərinə çatdırmışdır. İncilə istinad mühüm arqumentdir və mübahisəni bitmiş hesab etmək olardı, əgər bir təsadüf (bəlkə də mübhəm bir qanunauyğunluq) olmasaydı...
    Henri Fildinqin “Cozef Endrüs və onun dostu Abraham Adamsın macəralarının tarixi” romanını mütaliə edərkən, bir fraqment diqqətimi cəlb etdi. Pastor (protestant keşişi) Adams Cozeflə söhbətində deyir: “ Mənə həmişə aydın olmuşdur ki, gəmi burazının ( yeri gəlmişkən, bu söz bizim “dəvə” kimi tərcümə etdiyimiz sözün daha düzgün tərcüməsidir) iynənin gözündən keçməsi daha asan olar, nəinki varlının cənnətə girməsi.” (Генри Фильдинг. Избранные произведения. В 2-х т. Т. 1, М.: 1954, с.641).
    Məlumdur ki, burada Quranın 7-ci surəsinin 40-cı ayəsinə oxşar İncil ayəsindən söhbət gedir və ən əvvəl aydın olan odur ki, xristian ilahiyyatçıları arasında da “dəvə” obrazına şübhə ilə yanaçıb, onu qəbul etməyənlər vardır. Daha sonra qarşıya müşkül bir sual çıxır: hansı dildən edilmiş tərcümədən söhbət gedir ki, o dildə də, ərəb dilində olduğu kimi, yazılışı eyni olan bir söz müxtəlf oxunuşu etibarilə həm “dəvə”, həm də “buraz” mənasını verir? Bu sualın cavabı ilə əlaqədar mülahizəmi oxuculara təqdim edirəm.
    Məlum olduğu kimi, Bibliyanın İncil (Əhdi-cədiq) hissəsi qədim yunan dilində yazılmışdır. Bibliyanın Əhdi-ətiq (Tövrat və s.) hissəsi isə qədim yəhudi, qismən arami dilində (arami dili qədim yəhudi dilini sıxışdırıb aradan çıxardıqdan sonra) yazılmışdır.
    Aramilər Ərəbistan yarımadasında yaşamış köçəri sami tayfaları idi. Ehtimala görə, ərəb xalqının təşəkkülündə əsas rol oynamış qədim sami tayfaları hələ e. ə. 2-ci minillikdə Ərəbistan yarımadasında yaşayırdılar. Belə fikir də mövcuddur ki, e. ə. təqribən 1-ci minilliyin əvvəllərində Cənubi Sami qrupunun şimal yarımqrupu (lihyani, səmud və başqa tayfalar) ərəblər adı altında birləşmişlər.
    Arami dili Yaxın və Orta Şərqdə beynəlxalq dil olmuşdur. Arami dili Sami dillərinin qərb, ərəb dili cənub qrupuna daxildir. Ərəb yazısı arami yazısının əsasında yaradılmışdır. Arami yazısında yalnız samit səsləri ifadə edən hərflər var idi.
    Səmavi kitablar üçün ehkamların oxşarlığı və bu ehkamların bu və ya digər şəkildə bir səmavi kitabdan digərinə keçməsi səciyyəvidir. Arami dilində də “dəvə” və “buraz” sözlərinin ərəb dilində olduğu kimi eyni yazılışda ifadə edildiyini və Tövratdan İncilə “dəvə” şəklində keçdiyini ehtimal etmək olar. Əgər ərəblərin məişətində dəvə yox, dənizçilik və gəmiçilik əsas yer tutsaydı, çox güman ki, ayədəki sözü (جمل) də “cəməl” yox, “cümməl” oxuyardılar. Hər halda, Fildinqin keşiş Abraham Adamsın dili ilə ifadə etdiyi mülahizəsini nəzərə almamaq düzgün olmazdı. Və düşünürəm ki, ayədəki (جمل) sözünün məhz “cümməl” kimi oxunaraq “buraz” kimi anlaşılması və tərcümə olunması həqiqətə daha uyğundur.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: Keçən ilin son gecəsi və Dantenin yubileyi - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



www.lit.az